Daha 7 nəfər də koronavirusa yoluxub

“Xəstələrdən 3 nəfərinin vəziyyəti orta-ağır qiymətləndirilir”

Source: Mənbəni qeyd et


“Xəstələrdən 3 nəfərinin vəziyyəti orta-ağır qiymətləndirilir”

Azərbaycanda daha 7 nəfərin koronavirusa (COVID-19) yoluxduğu bildirilir.

Məlumatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah yayıb.

Məlumatda deyilir ki, hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan 61 nəfər aktiv koronavirus xəstəsi var. Onlar həkim nəzarəti altındadır:

“Həmin xəstələrdən 3 nəfərinin vəziyyəti orta-ağır qiymətləndirilir. Digərləri isə özlərini normal hiss edirlər, səhhətləri stabildir. Pasiyentlərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir”.

Martın 22-də isə Azərbaycanda 12 koronavirusa yoluxma faktı qeydə alınmışdı.

Azərbaycanda ümumi yoluxanların sayı isə 72 nəfərdir. Onlardan 10 nəfər sağalıb, bir nəfər isə ölüb. Hazırda 61 nəfər xüsusi rejimli müəssisələrdə həkim nəzarəti altında saxlanılır. Onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

Ana səhifəXəbərlərDaha 7 nəfər də koronavirusa yoluxub