D18 Hərəkatı ofisindən çıxarıldı

“10 gündür isə yaşadığım binanın ətrafında polis dayanıb”.

Source:


“Qarşıdurmaya getmək istəmədik”

D18 Hərəkatı yerləşdiyi ofisdən çıxarıldı.

Məlumatı Meydan TV-yə D18 Hərəkatının sədri Ruslan İzzətli verib.

Ruslan İzzətli deyib ki, martın 8-də səhər saatlarında ofisləri polis mühasirəsinə alınıb:

“Hazırda 4 polis maşını ofisin yaxınlığındadır. Səhər mən xəbər alandan sonra ofisə gəldim, ardınca biri mülki geyimli olmaqla 3 polis yaxınlaşdı, biri özünü 18-ci Polis Bölməsinin əməliyyat müvəkkili kimi təqdim etdi, adı Ruslan idi. O, ofisi təcili tərk etməmizi istədi və səbəb kimi koronavirus olduğunu göstərdi. Polis zabitinə bildirdim ki, onda bankları və ticarət obyektlərini də bağlasınlar. Mən ona özümüzü dezinfeksiya etdiyimizi söyləsəm də, o, təcili ofisi tərk etməmizi təkrarladı”.

Ruslan İzzətli polisin koronavirusla bağlı dediklərini bəhanə adlandırdı və 2-3 gündür izləndiyini xatırlatdı:

“10 gündür isə yaşadığım binanın ətrafında polis dayanıb. Qarşıdurmaya getməmək üçün ofisi tərk etdik”.

Ruslan İzzətli hələ qarşılaşdığı durumla bağlı müvafiq dövlət orqanlarına müraciət etmədiyini deyib.

Ana səhifəSiyasətD18 Hərəkatı ofisindən çıxarıldı