COVİD 19 Azərbaycanda: Bir gündə 9 nəfər öldü

“Bugünkü test sayı isə 7355-dir”.

Source: google.az


Daha 542 şəxs infeksiyaya yoluxub

İyulun 8-də Azərbaycanda 542 adam COVİD-19 infeksiyasına yoluxub, 465 nəfər müalicə olunaraq evə buraxılıb, 9 xəstə ölüb.

Bu barədə məlumat yayan Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, indiyədək ölkədə 21 min 916 nəfərin yeni koronavirus infeksiyasına yoluxub:

“Onlardan 13 min 100 nəfər müalicə olunaraq sağalıb, 274 pasient ölüb. Aktiv xəstə sayı 8542 nəfərdir”.

Operativ qərargah ötən müddətdə 537 min 230 testin aparıldığını xatırladıb:

“Bugünkü test sayı isə 7355-dir”.

Ana səhifəSosialCOVİD 19 Azərbaycanda: Bir gündə 9 nəfər öldü