Çin və Hindistan sərhədi

Mənbə: Foto: BBC

Başlıq: Çin və Hindistan sərhədi

Çin və Hindistan sərhədində qarşıdurma yaşanıb

7 Çin, 4 Hindistan əsgərinin yaralandığı bildirilir

Onlarla Hindistan və Çin əsgərləri iki ölkənin sərhəddində qarşıdurma yaradıb, - Hindistan mediası yazır.

BBC xəbər verir ki, hadisə zamanı yeddi Çin və dörd Hindistan əsgəri yaralanıb.

Şənbə günü baş vermiş mübahisəni yerli komandirlər danışaraq həll edib.

İki ölkə aralarında mövcud 3400 kilometrlik sərhəd üstündə münaqişə yaşayır.

“Bəzən münaqişə fiziki qarışıqlığa, sinədən itələməyə, bir-birinə daş atmağa da səbəb olur”, - BBC-nin Cənubi Asiya redaktoru Anbarasan Ethirajan deyib.

Son gərginlik Himalayda dəniz səviyyəsindən 5000 metr yüksəklikdə yerləşən Sikkim bölgəsindəki Naku La yaxınlığında baş verib.

Çin və Hindistan 1962-ci ildə sərhəd üzərində müharibə edib.

2017-ci ildə Çin mübahisəli ərazidən yol çəkməyə çalışdığı üçün bölgədə daha bir qarşıdurma yaşanmışdı. Son 40 ildə tərəflər arasında fiziki qarşıdurma yaşansa da, odlu silahdan istifadə edilməyib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/in8ljq

Ən çox baxılan