Çin koronavirusu nəzarətdə saxlamaq üçün sərt rejimə çağırış edib

Ölkədə yeni yoluxma halları xaricdən vətənə gələn Çin vətəndaşlarının, xüsusən Rusiyadan qayıdan vətəndaşların hesabına artır. Onlar əsasən Heilongjiang bölgəsinə axın edirlər.

Source: Foto: arxiv


Pekin mərkəz kimi ən yüksək risk bölgələrindən hesab olunur

Çin səhiyyəsi xaricdən və ya ölkənin digər bölgələrindən gələn səyahətçilər səbəbindən koronavirus üzərində nəzarəti təmin etmək üçün daha sərt sınaq rejimini həyata keçirməyə çağırıb.

Milli Səhiyyə Komissiyasının direktoru Ma Xiaowei deyib ki, bütün bölgələr sərhəd keçidləri də daxil olmaqla test qabiliyyətlərini inkişaf etdirməli və hər hansı bir epidemiya ilə bağlı məlumatı zamanında bildirməlidir. Ma şənbə günü çıxış etsə də, onun dedikləri nazirlik tərəfindən ictimaiyyətlə bazar ertəsi günü paylaşılıb.

Çin aprelin 19-da 12 yeni yoluxma hadisəsi qeydə alıb. Bu, 13 mart tarixindən etibarən ən aşağı göstəricidir.

Yoluxma halındakı azalmaya baxmayaraq, rəsmilər ölkənin fərqli yerlərində infeksiyanın yenidən baş qaldırma ehtimalından narahatdırlar. Bu ərazilərə paytaxt Pekin də daxildir. Pekin mərkəz kimi ən yüksək risk bölgələrindən hesab olunur.

Ma Heilongjiang və Guangdong əyalətlərini xüsusilə qeydə edərək bu əyalətlərin epidemiyanın qarşısını almaq və ona nəzarət etmək üçün "zəif əlaqələri" müəyyən etməli olduğunu bildirib.

Çində son 14 gün ərzində 82 yeni infeksiya halı müəyyən edilib. Bunlarda 42-i Heilongjiang əyalətinin və 30-u cənubi Guangdong əyalətinin payına düşür.

Ölkədə yeni yoluxma halları xaricdən vətənə gələn Çin vətəndaşlarının, xüsusən Rusiyadan qayıdan vətəndaşların hesabına artır. Onlar əsasən Heilongjiang bölgəsinə axın edirlər.

Çinə beynəlxalq reyslər ləğv edilib. Xüsusilə Çin paytaxtına uçuşlar yüzlərlə kilometr məsafədə yerləşən digər şəhərlərə yönəldilir.

20 mart-19 aprel tarixləri arasında Pekin üçün nəzərdə tutulmuş 135 aviareys digər şəhərlərə eniş edib, 29,999 sərnişinin 87% -i düşdükləri şəhərlərdə karantin altına alınıb.

Yeni yerli hallar həmçinin mərkəzi Hubei əyalətindən gələnlər hesabına artır. Hubei koronavirusun mənbəyinin ortaya çıxdığı əyalətdir. İndiyə qədər xəstəliyin simptomlarını göstərməyən insanlar da bu risk qrupuna daxildir.

Bazar günü Çində 82,747 təsdiqlənmiş yoluxma halı və 4,632 ölü qeydə alınıb. Bununla yanaşı Çin 49 yeni asimptomatik hal qeydə alıb.

Ana səhifəDünyaÇin koronavirusu nəzarətdə saxlamaq üçün sərt rejimə çağırış edib