Çin 400 min nəfəri yenidən karantinə alıb

Rəsmilər bazar günü qeyd ediblər ki, Anxin tam nəzarət altına alınacaq.

Source: BBC


Yalnız zəruri işçilərin evlərini tərk etmələrinə icazə verilir

Çin paytaxt Pekin yaxınlığında yenidən ciddi karantin rejimi tətbiq edib.

BBC xəbər verir ki, yeni ciddi karantin rejimi 400 min insanı əhatə edir.

Karantin paytaxtın yaxınlığında yerləşən Hebei əyalətində Anxin ətrafında həyata keçirilib.

Ötən ilin sonlarında Çində pandemiya ortaya çıxdıqdan sonra ölkədə bir müddət infeksiya göstəricisi aşağı idi.

İkinci dalğanın qarşısını almaq üçün hətta kiçik infeksiya halları da ölkənin səhiyyə orqanları tərəfindən ciddiyyətlə qəbul edilir.

Rəsmilər bazar günü qeyd ediblər ki, Anxin tam nəzarət altına alınacaq.

Yalnız zəruri işçilərin evlərini tərk etmələrinə icazə verilir. Bununla yanaşı, ərazidə yaşayan hər bir ailənin yalnız bir üzvünə gündə bir dəfə ehtiyacı olan şeyləri almaq üçün çölə çıxmasına icazə verilir.

Qeyri-sakinlərə binalara, icmalara və ya kəndlərə girmək qadağandır, – xəbərdə qeyd edilir. Rəsmilər qaydaları pozan şəxslərin polis ərəfindən cəzalandırılacağını bildiriblər.

Anxin Pekinin cənubunda yerləşir. Çin mediası qeyd edib ki, iki həftə əvvəl Pekində başlayan son artımdan bu yana 18 yeni infeksiya halı qeydə alınıb.

Ərazi Çinin böyük şəhər mərkəzləri qədər sıx məskunlaşmayıb. Yerli səhiyyə işçiləri infeksiyanın aradan qaldırılmasında ümidlidirlər.

Ana səhifəDünyaÇin 400 min nəfəri yenidən karantinə alıb