Ceyhun Bayramovun Vaşinqton səfəri: Danışıqlarda yalnız Rusiya deyil, ABŞ və Fransa da var

“Fikir verdinizsə, Cenevrə görüşü də o formada keçirildi, nazir Bayramov tək gedib həmsədrlərlə görüşdü”

Mənbə:


"ABŞ da söz sahibi olduğunu nümayiş etdirmək istəyir"

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov oktyabrın 23-də ABŞ-a səfər edəcək.

Nazir ABŞ-ın dövlət katibi Mayk Pompeo və ATƏT-in Minsk Qrupunun həmsdərləri ilə görüş keçirəcək.

Məlumatı Azərbaycan tərəf yayıb.

Öz növbəsində, Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva bildirib ki, Ceyhun Bayramovun erməni həmkarı Zohrab Mnatsakanyanla görüşü planlaşdırılmır.

Nazir Bayramovun Vaşinqton səfərini Meydan TV-yə şərh edən siyasi icmalçı Əhməd Əlilinin sözlərinə görə, 23 oktyabr görüşünün məqsədi odur ki, danışıqlarda yalnız Rusiya deyil, ABŞ və Fransa da vardır:

“Proqnozum odur ki, bir müddət sonra Fransanın təşıbbüsüylə oxşar təmas olacaq. 2014-cü ilin avqust hadisələrini xatırlayın, əvvəl ölkə başçları Soçiyə dəvət olundu, daha sonra Uelsdə görüş keçirildi, ardınca Parisdə oldu. Yəni Rusiyanın özünü öndə göstərməsindən sonra ABŞ və Fransa da söz sahibi olduqlarını nümayiş etdirmək istəyirlər”.

Əhməd Əlili bildirib ki, Ermənistan bu cür görüşlərdən imtina edir və bunu “atəşkəs olmadan, danışıqlarda iştirak edə bilməz” deyə izah edirlər:

118645451_620172385184536_7703387997886241163_n.jpg
Əhməd Əlili

“Fikir verdinizsə, Cenevrə görüşü də o formada keçirildi, nazir Bayramov tək gedib həmsədrlərlə görüşdü. Düzdür, sonradan Rusiyanın təkidiylə Moskvada nazirlər görüşdülər. Ermənistan çox zaman tələb edir ki, mütləq atəşkəs olmalı, ondan sonra danışıqlara qatıla bilər. Azərbaycan tərəfi isə əksinə, müharibə gedə-gedə diplomatik danışıqları apara biləcəyini deyir. Yəni Bakı göstərmək istəyir ki, yaxın iki həftədə diplomatik yolla vəziyyət dəyişməyəcəksə, işğalçılar müxtəlif vasitələrlə ərazilərdən çıxarılacaq”.

Ana səhifəSiyasətCeyhun Bayramovun Vaşinqton səfəri: Danışıqlarda yalnız Rusiya deyil, ABŞ və Fransa da var