Çexiyada qasırğa bir neçə kəndi dağıdıb: 3 ölü, 60-dan çox yaralı

“Yaralıların içində vəziyyəti ağır olanlar da var”

Source: Specify Source


Bu, ölkə tarixinin ən böyük qasırğası sayılır

Çexiya Respublikasının cənub-şərq hissəsində qasırğa olub.

Mərkəzi Hrusky kəndi olan qasırğa həmin ərtafdakı bir neçə kəndi də dağıdıb.

BBC

yazır

ki, qasırğa 3 nəfərin ölümünə səbəb olub, 60-dan çox insan yaralanıb. Ancaq yaralı və ölüm sayı dəqiq deyil.

İyunun 24-də başlayan fırtına həmçinin cənubdakı Breclav və Hodonin bölgələrindəki bir sıra binaların damlarını uçurub, ağacları kökündən çıxarıb, avtomobilləri aşırıb.

Hadisə şahidlərin çəkdiyi videolarda zərər görən yerlər müharibədən çıxmış ərazilərə bənzəyir.

Bölgəni ziyarət edən Cənubi Moraviya meri Jan Grolich “Cəhənnəmi yaşayırıq”, – açıqlaması verib.

Çexiyanın bu ərazisinə ölkənin hər yerindən və qonşu Avstriya və Slovakiyadan da xilasetmə qrupları cəlb edilib.

207230117_2250178661779897_4231300949538832751_n.jpg
“Xilasedicilər hazırda dağıntıların arasında axtarış edir”

Cənubi Moraviya xilasetmə xidmətinin sözçüsü Michaela Bothova Çexiya televiziyasına verdiyi açıqlamada 63 nəfərin xəstəxanaya aparıldığını bildirib: “Yaralıların içində vəziyyəti ağır olanlar da var. Üç nəfərin həyatını isə xilas etmək mümkün olmayıb. Hələ həkimə onlarla adam özü müraciət edib. Xilasedicilər hazırda dağıntıların arasında axtarış edir. Yaralı və ölü sayının artacağı istisna deyil”.

Hrusky kəndinin bələdiyyə sədrinin müavini Marek Babisz yerli mediaya açıqlamasında qasırğanın kəndin yarısını məhv etdiyini bildirib: “Kilsə qülləsizdir, məktəblərdə dam və izolyasiya yoxdur, bir çox evdən isə yalnız divarlar qalıb”, – deyə o, açıqlama verib.

Hodonin xəstəxanasının müdiri Antonin Tesarik isə açıqlamasında bildirib ki, ərazi əsl döyüş meydanına bənzəyir: “Burada 200-ə qədər yaralı var. Bu bir qiyamət idi. Hər yerdə qan və göz yaşları içində aciz insanlar gördüm. Onlardan çoxu canını qurtardı, amma başlarının üstündəki damlarını itirdilər”.

Hazırda ərazidə olan 100.000-dən çox evin elektriksiz qaldığı, avtomobil yollarının bağlandığı bildirilir.

2021-06-25t062315z_1083912592_rc2f7o9cz12t_rtrmadp_3_czech-weather-tornado.jpg
Çexiya

Çexiyanın daxili işlər naziri Jan Hamacek vəziyyətin ciddi olduğu ilə bağlı tvit atıb.

Bütün xilasetmə qüvvələrinin əraziyə göndərildiyini söyləyib.

Fəlakətdən əziyyət çəkən bölgəyə gələn nazir fövqəladə vəziyyət elan olunduğunu da açıqlayıb.

Ötən həftə isə Polşanın Malopolska əyalətində qasırğa olub. Damlara ziyan vurub və bir nəfəri yaralayıb.

205502890_2250178721779891_7896099549714788811_n.jpg
“Yaralıların içində vəziyyəti ağır olanlar da var”
Ana səhifəDünyaÇexiyada qasırğa bir neçə kəndi dağıdıb: 3 ölü, 60-dan çox yaralı