Rusiyanın Praqadakı səfirliyi

Mənbə: Reuters

Başlıq: Rusiyanın Praqadakı səfirliyi

Çexiya 18 Rusiya diplomatını geri göndərir

On səkkiz rusiyalı diplomat 48 saat ərzində Çexiyanı tərk etməlidir. “RİA Novosti”-nin məlumatına görə, Çexiyanın XİN rəhbəri və Baş nazirin birinci müavini Yan Qamaçek xəbər verib. “Mən Rusiyanın Praqadakı sərfirliyinin bütün əməkdaşlarını geri göndərmək qərarına gəldim. Belə ki, bizim xidmətimiz onları Rusiya gizli xidmətinin əməkdaşları kimi təsdiqləyib”, – o deyib. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu tədbirləri şərh edərək söyləyib ki, “bu cür fokus”ların nəticələri Praqaya yaxşı məlumdur.

Eyni zamanda Çexiya Nazirlər Kabinetinin rəhbəri Andrey Babiş bəyan edib ki, Praqa Rusiya xüsusi xidmətinin 2014-cü ildə Vbretisdə silah-sursat anbarının partlaması ilə əlaqəli olduğundan şübhələnir. “Əsaslandırılmış şübhə var (...). Böyük ziyan dəyib, amma hər şeydən öncə, orda iki həmvətənimiz həlak olub”, – “Nova” kanalı ondan sitat gətirir.

“Novinky”-nin məlumatına görə, cümə günü Babişə Çexiyanın “təhlükəsizliyi ilə bağlı ciddi faktlar barədə” xəbər veriblər.

“Bu gün biz prezident Zemana bu iş və təklif olunan prosedur barədə məlumat vermişik, prezident də öz növbəsində bizə tam dəstək verib”, – Babiş növbədənkənar mətbuat konfransında deyib.

Avropa ölkələrində vaxtaşırı rusiyalı vətəndaşlar tərəfindən “casusluq” barədə bəyanatlar səslənir. Rusiya XİN-də bu cür ittihamları əcinnə ovu adlandırırlar. Qurumun rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, Qərbin əməlləri xaricdə Rusiyaya qarşı isteriyaya şahidlik edir və rusiyalı mütəxəssislərin fəaliyyətini zərbə altında qoyur.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ddepv7

Ən çox baxılan