Mənbə: meydan.tv

Cəsədi tapılmış hərbçinin kimliyi müəyyən edilib

Gizirin nəşi ailəsinə təhvil veriləcək

İkinci Qarabağ müharibəsi zamanı itkin düşmüş hərbçilərdən birinin cəsədi tapılıb. Azərbaycan Baş Prokurorluğunun yaydığı məlumata görə, ölən şəxsin gizir İxtiyar İlqar oğlu Əliyev olduğu müəyyən edilib.

Mərhumun cənazəsi oktyabrın 14-də ailə üzvlərinə təhvil veriləcək.

Rəsmi məlumata görə, İkinci Qarabağ Müharibəsində itkin düşənlərin hərbçilərin sayı 7 nəfərdir. Beləliklə, onların sayı 6-ya enib.

2020-ci il, sentyabrın 27-də başlayan İkinci Qarabağ Müharibəsində həlak olan hərbi qulluqçuların rəsmi sayı 2908 nəfərdir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/389s77

Ən çox baxılan