“Cənab Əliyev, biz sürünmürük, çabalayırıq”

“Cənab Əliyev, biz sürünmürük, çabalayırıq”

“Möhtərəm prezident, biz yaşamırıq, biz sadəcə nəfəs alırıq, biz iməkləmirik, sürünmürük, biz çabalayırıq. Sadəcə evimizdə ölmək istəyirik. Nə vaxta qədər bizi qapılarında süründürüb, alçaldacaqlar, bizim şəxsiyyətimizə toxunacaqlar. Biz nə vaxta qədər kirayələrdə qalmalıyıq?! Nə vaxta qədər biz şirkətlərin qabağında boynumuzu bükməliyik”

Sakinlər vəd olunan vaxtda binanı təhvil vermədiyinə görə şirkət nümayəndəsinə etiraz edirlər. 2017-ci ilin oktyabrında "EVROSTROY-S.S" şirkəti Nərimanov rayonu, Firdovsi Məmmədov 17 ünvanında yaşayan sakinlərlə müqavilə bağlayıb. “Pilot layihə” deyə təqdim olunan müqaviləyə əsasən sakinlərin yaşadığı evlər sökülüb, yerində bina tikiləcək və onlara buradan ev veriləcəkdi. Ev hazır olana qədər şirkətin hesabına sakinlər kirayə evlərə çıxarılıb. Müqavilənin şərtlərinə görə şirkət 20 ay müddətində binanı təmirli şəkildə sakinlərə təhvil verməli idi. Vaxt bitib, amma binanın tikintisi bitməyib.

Ana səhifəVideo“Cənab Əliyev, biz sürünmürük, çabalayırıq”