İbadət Ağaşovun maşını

Mənbə: Meydan TV

Başlıq: İbadət Ağaşovun maşını

Cəlilabad sakini: Cəbhəyə göndərdikləri maşınımı nə geri qaytarırlar, nə də mənə dəyən ziyanı ödəyirlər

“Mağazalara olan borcumu ödəyə bilməsəm, acından öləcəyik»

Cəlilabad rayon sakini, 60 yaşlı İbadət Qulam oğlu Ağaşov Qarabağ müharibəsində könüllü döyüşmək istəyib. O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinə müraciət edib və Beyləqandakı hərbi hissələrin birinə göndərilib.

İbarət Ağaşov Meydan TV-yə deyib ki, bir həftə sonra yaşının çoxluğu ilə əlaqədar geri qaytarılıb, ona məxsus «Kamaz» markalı avtomobili isə cəbhə bölgəsinə göndərilib.

Onun sözlərinə görə, avtomobilini 7 aydır geri qaytarmırlar, yaxud maşına görə dəymiş zərər ödənilmir: «Qarabağ müharibəsinə könüllü yardım təklif etmişəm. Ancaq «Kamaz» mənim yeganə dolanışıq yerim idi. Bu yaşımda gedib fəhləlik edə bilmirəm, yaşımın çoxluğundan işə də qəbul etmirlər».

Akt

Akt

Mənbə: Meydan TV

İbadət Ağaşov söyləyir ki, 7 nəfərlik ailədə heç kim işləmir, mağazalara xeyli borcu yaranıb:

«Əlacsız vəziyyətdəyəm, artıq mağazalar nisyə ərzaq da vermək istəmirlər. Hərbi Komissarlıqdan maşının Cəbrayıl rayon ərazisində yandığını deyirlər. Bu neçə ayda müraciət etmədiyim qurum qalmayıb. Ancaq heç kim köməklik etmək istəmir. Mağazalara olan borcumu ödəyə bilməsəm, acından öləcəyik».

İbadət Ağaşov söyləyir ki, 7 nəfərlik ailədə heç kim işləmir, mağazalara xeyli borcu yaranıb

İbadət Ağaşov söyləyir ki, 7 nəfərlik ailədə heç kim işləmir, mağazalara xeyli borcu yaranıb

Mənbə: Meydan TV

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsindən Meydan TV-yə deyiblər ki, məsələyə münasibət bildirmək səlahiyyətində deyillər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən isə sualı cavablandırmayıblar.

Onun sözlərinə görə, avtomobilini 7 aydır geri qaytarmırlar, yaxud maşına görə dəymiş zərər ödənilmir

Onun sözlərinə görə, avtomobilini 7 aydır geri qaytarmırlar, yaxud maşına görə dəymiş zərər ödənilmir

Mənbə: Meydan TV

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/rjuevb

Ən çox baxılan