Çeçenistanda “Əcinnə ovu” davam edir

“Kavkazski uzel” Marcani elmi proqramlar fondunun rəhbəri İqor Alekseyevdən “əcinnələr ovu”na şərh verməsini xahiş edib.

Source: Скриншот видео : https://www.youtube.com/watch?v=mqDQDXXlETY

Növbəti qadın sakin yerli telekanalın yayımında “cadugərlik” etdiyinə görə ictimaiyyət qarşısında üzr istəyib


“Kavkazski uzel”

in materialları əsasında:

Yerli regional dövlət televiziya kanalı Çeçenistanın (Rusiyanın tərkibində respublika) yaşlı sakini Yesimat Uspaxaciyevaya 12 dəqiqə yarım yayım vaxtını həsr edib. “Qroznı” teleşirkətinin xüsusi reportajının müəllifləri qadını “37 il stajı olan cadugər” adlandırıblar. Qadın bu illər ərzində “sanballı müştəri bazası” toplayıb.

Uspaxaciyeva “cadugərliy”i ifşa olunan ilk adam deyil – çeçen televiziyası iyulda və sentyabrda artıq oxşar

süjetlər göstərib

; bu arada müşahidəçilər qeyd edirlər ki, şarlatanlıqda günahlandırılan qadınların etirafları bütün reportajlarda çox oxşardır:

“Həm əvvəlki, həm də indiki “cadugər” etiraflarında standart kəlmələr işlədir və müştəriləri bir daha onlara müraciət etməməyə çağırırdılar. Sanki onlar bu etirafları diqtə altında edirdilər”, – çeçen qeyri-hökumət təşkilatının özünü Fatimə kimi təqdim edən əməkdaşı “Kavkazski uzel”in müxbirinə deyib.

Telesüjet Uspaxaciyeva ilə müəlliflərin İslam tibbi mərkəzinin baş həkimi adlandırdıqları Adam Eljurkayev arasındakı söhbət üzərində qurulub. Uspaxaciyevanın bu dialoqda dediyinə görə, “ovsunlanmış” daşların sayəsində gələcəkdən xəbər verib və ailədə olan söz-söhbətləri aradan qaldırıb. Ona bu işdə həmçinin cinlər kömək edib. Eljurkayev ibrətamiz tərzdə etiraz edərək deyib ki, islam nöqteyi-nəzərindən öncəgörmələr və cadugərliklə məşğul olmaq yolverilməzdir.

Xalq cadugəri sonda söyləyib: “Məşğul olduğum işə görə tövbə edirəm. Yanıma gələn qadınları bundan belə mənə müraciət etməməyə çağırıram”.

Maraqlıdır ki, “İslam tibbi mərkəzi” tibbi müəssisə sayılmır. Çeçenistan müftisinin nümayəndəsinin sözlərinə görə, hazırda bu qurum 100-ə yaxın xəstə qəbul edir. Onların çoxu “cin vuranlardır”. Mərkəzin xidmətlərindən istifadə edən adamlar müalicə üsulları barədə belə deyiblər: “Mərkəzdə tətbiq olunan üsullar normal adamları sadəcə şoka salır. Cinləri, ya da şeytanları qovduqlarını təsdiqləyən “təbib”lər adamları taxta ilə döyürlər”, – xəstələrdən biri

“Kavkazski uzel”

ə söyləyib.

Çeçen televiziyasının süjetində hökumət nümayəndəsinə – rayon polisinin sədr müavini Sultan Akbulatova da söz verilib. O, jurnalistlərə deyib ki, hüquq-mühafizə orqanları ruhani nümayəndələrlə əlbir olub “fırıldaqçı hərəkərtlər” edən adamları ifşa edir. Özü də bu mübarizə Çeçenistan hökumətinin göstərişi ilə həyata keçirilir.

“Kavkazski uzel” Marcani elmi proqramlar fondunun rəhbəri İqor Alekseyevdən “əcinnələr ovu”na şərh verməsini xahiş edib.

“Cadugərlər həmçinin ayələrdən və müsəlman dualarından istifadə edirlər. Burada (islama və cadugərliyə xas müalicə üsulu) obyektiv sərhəd qoymaq qeyri-mümkündür. Hər şey konkret vəziyyətdə nəyin necə qəbul olunmasından asılıdır”, – o deyib.

İslam Quran oxunması kimi müalicə üsulunu təqdir edir, amma mübahisəli təcrübələr də var, “Xəstənin monitoru” ictimai təşkilatın rəhbəri Ziyautdin Uvaysov məsələyə aydınlıq gətirib.

“Onların arasında xəstəliyi aradan götürmək və gözdəymənin qarşısını almaq üçün Quran ayələrinin və ya dualarının kağıza yazılaraq dəri kisəciyə tikilməsi və boğazdan asılmasını söyləmək olar. Bəzi islam alimləri buna icazə vermir, ya da təkcə uşaqlara münasibətdə tətbiq olunmasını təqdirəlayiq bilir”, – Uvaysov “Kavkazski uzel”ə deyib.

Çeçenistanda ara həkimləri və ekstrasenslərin kütləvi təqibi ilk dəfə 2013-cü ildə baş verib. O zaman onlarla adam saxlanılıb, bəziləri isə yoxa çıxıb.


https://www.kavkaz-uzel.eu/articles/337707/

Ana səhifəDünyaÇeçenistanda “Əcinnə ovu” davam edir