AXCP fəalı Eldəniz Ağayev

Mənbə: Facebook

Başlıq: AXCP fəalı Eldəniz Ağayev

"Cəbhəçilər üçün "polisə müqavimət"in yay sezonu açıldı"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Eldəniz Ağayevə 30 sutka inzibati həbs cəzası verilib. İyunun 25-də Yasamal Rayon Məhkəməsində onun haqqında qərar çıxarılıb. E.Ağayev İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmama) maddəsilə ittiham olunur. İddia edilir ki, AXCP fəalı küçədə söyüş söyüb, onu intizama dəvət edən polis əməkdaşlarının tələbinə tabe olmaq istəməyib.

Amma AXCP-dən Meydan TV-yə bildirilib ki, bu ittiham saxtadır, çünki E.Ağayevi iyunun 24-də iş yerindən Yasmal Rayon Polis İdarəsinə aparıblar: "Bu adamı işdən aparıblarsa, o, necə küçədə söyüş söyüb, polisə müqavimət göstərə bilərdi?"

R.Ağayevin haqqındakı həbs qərarından apelyasiya şikayəti veriləcək. Həbsin gerçək səbəbi kimi, E.Ağayevin sosial şəbəkələrdə fəallığı, hökuməti tənqid etməsi göstərilir.

Partiya funksionerləri hesab edir ki, bu həbs qərarı AXCP fəallarına qarşı növbəti həbs dalğasının başlanmasıdır.

"Cəbhəçilər üçün "polisə müqavimət"in yay sezonu açılıdı. İndiyə qədər olan inzibati həbslərdə olduğu kimi polisə heç bir müqavimətdən söhbət getmir. Eldəniz bəyi iş yerindən polislər gəlib aparıb, başqa bəhanə tapmadıqları üçün adını polisə müqavimət qoyublar. Bunu AXCP-yə qarşı rejimin illərdir ki, apardığı təqib və təzyiq kampaniyasının davamı kimi dəyərləndirir və Eldəniz Ağayevin dərhal azadlığa buraxılmasını tələb edirik", - AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib.

AXCP-dən bildirilib ki, ötən yarım il ərzində partiyanın təxminən 60 fəalı inzibati həbslə cəzalanıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/un8v4a

Ən çox baxılan