Cəbhəçi gəncin atası: Qarabağ yürüşündə iştiraka görə adamı şərləyib həbs edərlər?

M.İmanlı isə bildirir ki, əgər testin nəticəsi düz olsa belə, o, virusa iyulun 16-dan 20-nə qədər saxlandığı polis bölməsində yoluxub.

Source: Meydan TV


Məhəmməd İmanlı ilə bağlı vəsatət təmin olunmadı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, koronavirus yayma ittihamıyla həbs olunan Məhəmməd İmanlı günahsız olduğunu bildirib. O, bu haqda oktyabrın 19-da məhkəmədə danışıb.

Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyilə cəbhəçi gəncin işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəməyə M.İmanlının ailə üzvləri də daxil olmaqla, prosesi izləməyə gələnlərin heç biri buraxılmayıb. Səbəb kimi isə pandemiyanı göstəriblər.

Məhkəmədə M.İmanlının vəkili Əsabəli Mustafayev müvəkkili haqqında cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırıb. Vəkil bildirib ki, M.İmanlının həbsindən əvvəl COVİD-19 infeksiyasına yoluxması, koronavirus daşıyıcısı olması və bunu bilə-bilə küçəyə çıxıb başqalarının həyatına təhlükə yaratması barədə heç bir sübut yoxdur. Vəkilin sözlərinə görə, M.İmanlının koronavirus daşıyıcısı olmasını təsdiqləyən həkim arayışı və s. fakt olmadığı halda, onu virusu yaymaqda ittiham etmək məntiqsizdir. Ə.Müstafayev qeyd edib ki, qanuna görə şəxs xəstə olduğunu bildiyi halda, başqalarının həyatına təhlükə yaradarsa, məsuliyyət daşıyır.

M.İmanlı vəkilinin vəsatətinə münasibət bildirərkən deyib ki, o, koronavirus daşıyıcısı olmayıb, ona görə də heç bir sübut yoxdur. AXCP fəalının sözlərinə görə, onu iyulun 16-da evlərindən aparıblar, dörd gün sonra koronavirus yayma ittihamıyla cinayət işi başlanıb. İş materiallarında da yazılıb ki, iyulun 20-də küçədə gedərkən karantin rejimi qaydalarını pozduğuna görə polislər onu saxlayıb, bölməyə gətirib, orada götürülən test nəticəsində COVİD-19 daşıyıcısı olduğu üzə çıxıb.

M.İmanlı isə bildirir ki, əgər testin nəticəsi düz olsa belə, o, virusa iyulun 16-dan 20-nə qədər saxlandığı polis bölməsində yoluxub.

Hakim vəsatəti təmin etməyib. Ona görə də vəkil M.İmanlının məhkəmənin yekun nəticəsi məlum olana qədər ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. Vəkil onun ali təhsilli olmasını, himayəsində iki azyaşlı uşağı və s. halları sadalayıb. Lakin hakim bu vəsatəti də təmin etməyib.

Məhkəmə prosesi oktyabrın 29-na təxirə salınıb.

M.İmanlının atası Ramiz İmanlı bildirib ki, oğluna qarşı koronavirus yayma ittihamı saxtadır. Onun sözlərinə görə, iyulun 15-də Qarabağa və Milli Orduya dəstək yürüşündən sonra AXCP üzvlərinə qarşı başlanan həbs dalğası zamanı onun oğlu da tutuldu.

“Həbsdə olduğu üç ay ərzində Məhəmmədin ailəsi ilə bir dəfə də olsun telefon danışığına icazə verilməyib. Halbuki, həbsdə saxlanılan şəxsin həftədə iki dəfə ailəsilə danışmaq, həftədə bir dəfə görüşmək hüququ var. Amma qanunsuz həbsi azdır, hələ bu hüquqları da pozulur. Bu gəncə verilən işgəncəni heç əsirlərə vermirlər. Qarabağ yürüşündə iştirak etdiyinə görə adamı şərləyib həbs eləyərlər?”, – deyə R.İmanlı bildirib.

M.İmanlının ittiham olunduğu Cinayət Məcəlləsinin 139-1.1 maddəsində 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Ana səhifəSiyasətCəbhəçi gəncin atası: Qarabağ yürüşündə iştiraka görə adamı şərləyib həbs edərlər?