Caz Festivalının gənc ifaçıları mükafatlandırılıb

Qaliblərə pul mükafatları verilib.

Source: Specify Source


Birinci yerə Rüstəm Sadıqlı layiq görülüb

Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində “I am jazzman!” gənc caz ifaçıları müsabiqəsi iştirakçılarının qala-konserti keçirilib.

Musiqi yarışması 14-30 yaşlı musiqiçilər arasında təşkil olunub.

Builki müsabiqədə qaliblər üç seçim turu və bir qala konsertlə müəyyənləşib.

Birinci yerdə vokalçı ROUSTAM (Rüstəm Sadıqlı) qərarlaşıb.

O, musiqi karyerasına 2018-ci ildə “Könlümün yadigarı”, “Gəl, ey səhər” caz improvizələri ilə başlayıb.

İkinci yerə pianoçu Məhəmməd Allahverdiyev, üçüncü yeri isə vokalçılar Əsmər Nəcəfova ilə Albina Pyakşeva bölüşüblər.

Yarışmanın xüsusi mükafatı 11 yaşlı pianoçu Fərid Zeynalova təqdim olunub.

Qaliblərə pul mükafatları verilib.

Birinci yer, 1000, ikinci yer 500, üçüncü yerin namizədlərinə isə 300 AZN təqdim olunub.

Ana səhifəMədəniyyətCaz Festivalının gənc ifaçıları mükafatlandırılıb