Çarxçı: “Mənim qayğım ancaq küçələrdədir”

Çarxçı: “Mənim qayğım ancaq küçələrdədir”

83 yaşlı Həsən Qənbərov pensiyaya çıxdıqdan sonra tikiş maşınından özünə çarx hazırlayıb və hər gün həmin çarxla gəzərək bıçaq itiləməklə məşğul olur. Deyir ki, uzun müddətdir bu işlə məşğuldur. Əvvəllər uzun yol qət estə də, bir ayağının iflic keçirməsindən sonra səhhətində yaranan problemə görə çox uzağa gedə bilmir. Bəzən müştərilərindən pul almadığını deyən Həsən Qənbərov gəlirinin aşağı olmasından gileylənir.

Deyir ki, gənc yaşlarında musiqiyə böyük həvəsi olub. 2 nömrəli musiqi məktəbinə gedib. Sonralar əsgərlikdə mahnılar ifa edərmiş. O, gəncliyində sevib oxuduğu qəzəlləri və əzbərə oxuduğu mahnıları hələ də saxlayır.

İşini sevgi ilə görən çarxcının, elə ən böyük qazancı hər gün yollarda görüb tanış olduğu və dostlaşdığı insanlardır. Deyir ki, elə ən böyük qayğını da onlardan görür.

Ana səhifəVideoÇarxçı: “Mənim qayğım ancaq küçələrdədir”