Canəli Əkbərov II Fəxri Xiyabanda dəfn olunacaq

Xanəndə oktyabrın 21-də komaya düşüb.

Source: Specify Source


Xalq artistinin beyin insultundan həyatını itirdiyi bildirilir

Xalq artisti Canəli Əkbərov vəfat edib.

İki gün öncə beyin insultu keçirən 81 yaşlı xanəndə koma vəziyyətinə

düşmüşdü

.

Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən Meydan TV-yə verilən məlumata görə, Xalq artisti bu gün saat 14 radələrində II Fəxri Xiyabanda dəfn olunacaq.

Canəli Əkbərovun səhhəti ötən il ağırlaşmışdı. Ayaqlarında problem yaranmışdı. O, həm də şəkərli diabetdən əziyyət çəkirdi. Xanəndə oktyabrın 21-də komaya düşüb.

Canəli Əkbərov 1940-cı il martın 10-da Lənkəranda doğulub. Musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində alıb. Müəllimləri Seyid Şuşinski və Xan Şuşinskidən muğam ifaçılığının qaydalarını mənimsəyib, bununla da ifaçılıq qabiliyyətini təkmilləşdirib.

1965-ci ildən Filarmoniyanın, 1976-cı ildən isə Opera və Balet Teatrının solistidir.

Muğam operalarında Məcnun və İbn-Səlam (Üzeyir Hacıbəyli – “Leyli və Məcnun”), Şah İsmayıl (Müslüm Maqomayev – “Şah İsmayıl”), Aşıq qərib (Zülfüqar Hacıbəyov – “Aşıq Qərib”) obrazlarını yaradıb.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Muğam sənəti” kafedrasının müdiri vəzifəsində çalışır.

1989-cu ildə Əməkdar artisti, 1992-ci ildə Xalq artisti adlarına layiq görülüb.

Ana səhifəMədəniyyətCanəli Əkbərov II Fəxri Xiyabanda dəfn olunacaq