“Bütün diktatorlar koronavirus kimi dünya üçün təhlükəlidir”

Əli Məmmədov əlavə edib ki, DAS təşkilatının fəalları Almaniyanın digər şəhərlərində bu aksiyanı keçirməkdə davam edəcəklər.

Source: Specify Source


DAS üzvləri yenə aksiya keçirib

Mayın 30-da Demokratik Azərbaycanı Seç (DAS) təşkilatı fəalları Almaniyanın Essen, Bochum və Dortmund şəhərlərində aksiya keçiriblər. Aksiyanın şüarı “Bütün diktatorlar koronavirus pandemiyası kimi dünya üçün təhlükəlidir” olub.

Meydan TV-yə məlumatı aksiya təşkilatçısı Əli Məmmədov verib. O, aksiyada 15 nəfər DAS üzvünün iştirak etdiyini söyləyib:

“Məqsədimiz diktatorların dünya üçün təhlükə mənbəyi olmasını alman cəmiyyətinə çatdırmaq idi”.

Aksiyanın digər təşkilatçıları Vaqif İbrahimov, Məmməd Qarayev, Camal Seyidli, Amil Heydərov və Murad Həmidov mitinqə maraq göstərən alman vətəndaşlarına Azərbaycanda baş verənlərlə bağlı məlumat veriblər:

“Onlara ailə diktaturası və onların etdikləri haqqında məlumat verildi. Digər üzvlərimiz isə Almaniyanın başqa şəhərlərində bu cür aksiyalar təşkil ediblər”.

Əli Məmmədov əlavə edib ki, DAS təşkilatının fəalları Almaniyanın digər şəhərlərində bu aksiyanı keçirməkdə davam edəcəklər.

image_from_ios (4).jpg
“Məqsədimiz diktatorların dünya üçün təhlükə mənbəyi olmasını alman cəmiyyətinə çatdırmaq idi”.
Ana səhifəSiyasət“Bütün diktatorlar koronavirus kimi dünya üçün təhlükəlidir”