“Bünövrəsinə mərmi düşmüş evə yamaq vurmaq istəyirlər”

“Hər dəfə gəlirlər ki, yamaq vuraq”

Source: Specify Source


Sinir xəstəliyindən əziyyət çəkən Gülüm İsmayılova 7 aydır ki, mərmidən dağılmış evdə yaşayır

“Evimiz dağılıb, əşyalarımız məhv olub, aylardır ki, bu fotoda gördüyünüz qəzalı evin bir otağına sığınmışıq”.

Bunu Meydan TV-yə Ağdamın Dördyol 1 qəsəbəsinin 521-ci evində yaşayan Gülüm İsmayılova deyir. Onun sözlərinə görə, İkinci Qarabağ Müharibəsi başlayandan sonra – ötən il oktyabrın 5-də yaşadıqları evə mərmi düşüb. Nəticədə ev tamamilə yararsız vəziyyətdədir. 7 aydır ki, ailə qəzalı evin bir otağına sığınıb. Aidiyyəti qurumlar qəzalı tikiliyə baxış keçiriblər, ancaq tikili yararsız tikililərin yox, qismən zərərçəkmiş tikililərin siyahısına daxil edilib. Aidiyyəti qurumlar ailəyə evə yamaq vurmağı təklif etsələr də, ailə razılaşmayıb.

photo-2021-04-26-12-43-36.jpg
7 aydır ki, ailə qəzalı evin bir otağına sığınıb


“Hər dəfə gəlirlər ki, yamaq vuraq…”

“7 aydır ki, bu vəziyyətdə yaşamağa məhkumuq. Özüm də sinir xəstəsiyəm, tez-tez bu dağılmış evə təcili yardım gəlir. Bu vəziyyəti görmək səhhətimə daha da pis təsir edir. Şəraitimiz yoxdur, ələ gələn bircə əşyamız da qalmayıb. Dözə, yaşaya bilmirik. Demək olar ki, evin tənyarısı dağılıb. Ancaq gəlib qismən zərərçəkmiş kimi qeydə alıb, gediblər. Hər dəfə gəlirlər ki, yamaq vuraq. Bu yaxınlarda yenə gəlmişdilər, dedim, əgər evi söküb, yerdən yenisini tikməyə gəlmisizsə, buyurun, yox, əgər yamaq vurmağa gəlmisizsə, çıxın gedin. Onlar da çıxıb getdilər”.


“Prezident göstəriş verir, məmurlar icra etmir”

Gülüm İsmayılova hesab edir ki, Prezidentin verdiyi qərarlar məmurlar tərəfindən icra olunmur:

photo-2021-04-26-12-43-35.jpg
“Demək olar ki, evin tənyarısı dağılıb”

“Prezident nə etməlidir? Qərar, tapşırıq verib, pul da ayırıb ki, müharibədən zərərçəkmiş evlər düzəldisin. Prezident deməyib ki, gedin, bönüvrəsinə mərmi düşmüş evə yamaq vurun… Yerli məmurlar göstərişləri düzgün icra etmirlər. Məsələn, mən evin fotolarını icra hakimiyyətinə göndərirəm, qəsəbənin icra nümayəndəliyindən gəlirlər, deyirlər, düzələcək, gedirlər… Və 7 aydır ki, vəziyyət bu şəkildə də davam edir”.

Ağdam Rayon İcra Hakimiyyətindən bildirilib ki, İsmayılovlar ailəsinə evin bərpası təklif olunsa da, imtina edirlər. Qurumdan bildirilib ki, vətəndaş Nazirlər Kabinetinə rəsmi müraciət etsə, komissiya tərəfindən tikiliyə yenidən baxış keçirilə bilər.

photo-2021-04-26-12-43-36 (1).jpg
“Hər dəfə gəlirlər ki, yamaq vuraq”
Ana səhifəBölgə“Bünövrəsinə mərmi düşmüş evə yamaq vurmaq istəyirlər”