“Bu qanunsuzluq bizə ailə faciəsi yaşatdı” – Bakı sakini Prezidentdən kömək istəyir


Xəqani Qədirov: “İslam Kərimov əməllərinin müqabilində az cəza alıb”

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin məzunu, 33 yaşlı Bakı şəhər sakini Cavidan Kərimov Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya video müraciət edib. O, atası İslam Kərimovun istintaq və məhkəmə orqanları tərəfindən qanunsuz həbs olunmasından və bunun nəticəsində ailə faciəsi ilə üzləşdiklərindən bəhs edib. Cavidan Kərimov atasının iş adamı Xəqani Qədirov tərəfindən aldadıldığını və bu səbəbdən bütün varidatını itirdiyini, son nəticə kimi həbs olunduğunu vurğulayıb.

İslam Kərimov Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 mart 2019-cu il tarixli qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinib.

Bakı Apellyasiya Məhkəməsi cəzanı daha bir il artırıb. Bu qərardan kassasiya şikayətinə bu il aprel ayının 9-da Ali Məhkəmənin Cinayət Kollegiyası tərəfindən baxılacaq.

"Ailəmiz bu gərgin günlərdə çox böyük stress yaşadı və bu hadisələr anamın səhhətinə ağır təsir etdi. Həkimlər ona ürək çatışmazlığı diaqnozu qoydular, aylarla-dava dərman həkimlər və… günün birində anamı gənc yaşında itirdik. Onun heç 50 yaşı tamam olmamışdı, bu müsibət başımıza gətirilənə qədər, sağlam, xoşbəxt, ailəsinin başında olan bir xanım idi. Bu dələduzluq, cinayət olayı onu bizim əlimizdən aldı, bizə ağır faciə, sarsıntı yaşatdı",- deyə C. Kərimov müraciətində deyib.

Videomüraciətdə daha sonra deyilir:

"Ədalət naminə atam İslam Kərimovun barəsində çıxarılan bütün hökmlər ləğv olunmalı, işə bəraətverici əsaslarla xitam verilməlidir. Sizdən bir Azərbaycan vətəndaşı kimi rica edirəm: Bu işi nəzarətə götürün, ədalətsizliyi durdurun, ailə faciəmizə səbəb olan insanların layiq olduğu şəkildə cəzalandırın".

İşadamı Xəqani Qədirov isə hesab edir ki, İslam Kərimov barəsində əməllərinin müqabilində yüngül qərar çıxarılıb:

“İslam Kərimov məni çox pis vəziyyətə salıb. Mənim bütün əmlakım girovdadır. Məsələyə hüquqi qiymət verilib, məhkəmə də hökm oxuyub. Oğlunun müraciəti ilk dəfə deyil, müxtəlif saytlarda bu barədə danışıb. İndi müraciət etməklə məhkəməöncəsi xal yığmaq istəyirlər”.

Xəqani Qədirov deyib ki, faktlarla İslam Kərimovun dələduzluq əməlləri sübut olunub:

“1 saylı ASAN Xidmətə gedərək mənim adımdan saxta vəkalətnamə düzəldib və onun əsasında mənə məxsus aksiyanı öz bacısı oğluna verib. Bundan sonra bacısı oğlu ilə birgə Əfqanıstana gedib, həmin aksiyanı öz adına keçirib. Bütün aksiyaları birləşdirərək, 50 faiz edib və onu Tofiq Hüseynov adlı azərbaycanlıl iş adamına 5 milyon dollar civarında satıb. Məhkəmə prosesində Tofiq Hüseynov İslam Kərimova harda, necə pul vəsaiti ödədiyini sənədlərlə sübut etdi. Bu qədər vəsaiti aldıqdan sonra, o, kimdən və nədən şikayət edir?”

Meydan TV İslam Kərimovun məhkəməyə təqdim etdiyi ifadəsinə əlavəni də əldə edib. Həmin əlavədə İslam Kərimov Xəqani Qədirova məxsus səhmləri necə əldə etdiyi barədə yazıb. Bildirib ki, Tofiq Hüseynov ona məxsus 25 faiz səhmi deyil, 50 faizlik səhm almaq istəyib. Bunun üçün də o, Xəqani Qədirovu prosesdən kənarda qoyub.

E401EC3A-3580-40BA-9629-D79C7C956A9C.jpeg
Sənəd
CAAB428E-759E-4F3C-B5DA-80F990E13AA4.jpeg
Sənəd
90A9B98A-D71A-45FD-BC75-09493411938F.jpeg
Sənəd
Ana səhifəVideo“Bu qanunsuzluq bizə ailə faciəsi yaşatdı” – Bakı sakini Prezidentdən kömək istəyir