Böyük Britaniya

Mənbə: Foto: arxiv

Başlıq: Böyük Britaniya

Britaniya parlament seçkilərinin demokratik standartlara cavab verməməsindən narahatdır

“Azərbaycana seçki islahatları ilə bağlı dəstək verməyə hazırıq”

Böyük Britaniya Azərbaycanda keçirilən 9 fevral növbədənkənar parlament seçkilərinin beynəlxalq demokratik standartlara cavab verməməsindən narahatdır.

Bu barədə Birləşmiş Krallığın Xarici siyasət ofisinin bəyanatında deyilir.

“ATƏT-in seçki mühitinin həddindən artıq məhdudlaşdırılması, həqiqi rəqabətin olmaması, səsvermə günündə səslərin sayılması zamanı qeydə alınan prosedur pozuntuları son nəticələrə şübhə yaratmağa əsas verir” - xarici siyasət ofisinin bəyanatında deyilir.

Böyük Britaniya Azərbaycan hökumətini sərbəst toplaşmaq və dinc etiraz hüququna hörmət etməyə çağırır.

Bəyanatda bildirilib ki, Böyük Britaniya ilə Azərbaycan arasında güclü tərəfdaşlıq var və onlar seçki islahatları və demokratik prosesin yaxşılaşdırılması ilə bağlı rəsmi Bakıya dəstək verməyə hazırdırlar.

Azərbaycanda fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirilib. Milli Şura və KXCP seçkiləri boykot etsə də, AMİP, ADP, BAXCP, BQP, VHP, YAP, Müsavat, Ümid, ReAL partiyaları seçkilərə qatılıblar.

ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), AŞPA və ATƏT PA birgə müşahidə missiyası fevralın 10-da seçkilərin nəticələri haqda ilkin hesabatlarını yayıb.

Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçirilməli idi. 2019-cu il dekabrın 2-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatların təşəbbüsü ilə Milli Məclis onun buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə Prezidentə müraciət edib. Dekabrın 5-də Prezident növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/07eoez

Ən çox baxılan