Mənbə: Meydan TV

"Böyük Vətən Müharibəsi"nin başlamasından 80 il ötür

"Böyük Vətən Müharibəsi"nin başlamasından 80 il ötür

80 il əvvəl iyun ayında Adolf Hitler SSRİ-ni işğal edib. "Barbarossa əməliyyatı" 1941-ci il iyunun 22-də Almaniyanın SSRİ-nin Avropa hissəsini tutmaq planının kod adı idi.

İkinci Dünya Müharibəsi 1939-cu il sentyabrın 1-də Almaniyanın Polşaya hücumu ilə başlamışdı. Bu hücum Almaniya və Sovet İttifaqı arasında hücum etməmə paktından dərhal sonra baş vermişdi. Pakt 1941-ci ilin 22 iyununda, Nasist Almaniyasının “Barbarossa əməliyyatı” ilə Sovet İttifaqına hücum etdiyi zaman qüvvədən düşdü. Sovet İttifaqı üçün “Böyük Vətən Müharibəsi” başlandı.

1941-ci ilin sentyabrında başlayan və 872 gün davam edən Leninqrad mühasirəsi, aclıqdan və ya bombardmandan yüz minlərlə insanın həyatına son qoyuldu. 27 yanvar 1944-cü ildə şəhərin mühasirəsinin qaldırılması, Sovet, Moskva, Stalinqrad və Kursk döyüşləri ilə birlikdə müharibədə böyük qələbə oldu.

SSRİ və Almaniya üçün Volqadakı Stalin şəhəri, şərqdəki müharibədə dönüş nöqtəsi idi. Almaniyanın altıncı ordusu Volqada qan tökdükcə, Sovet ordusu qərb istiqamətində uzun səyahətlərinə başladılar. Bu yol Berlinə qədər gedəcəkdi.

4 il davam edən şiddətli müharibədə Qırmızı ordu Alman ordusunu Moskva qapılarından Berlin qapılarına qaytardı.

İkinci Dünya Müharibəsi rəsmi olaraq, 1945-ci il sentyabrın 2-də Tokyo Körfəzində ABŞ hərbi gəmisi "Missouri"də keçirilən təslim mərasimləri ilə sona çatdı. Ruslar 27 milyon müxtəlif xalqların nümayəndələri olan sovet vətəndaşlarının öldüyü müharibədə Almaniyanın darmadağın edilməsində oynadıqları roldan qürur duyurlar. İkinci Dünya Müharibəsi dövründə təxminən 45 milyon insan altı il ərzində öldü. Lakin bəzi təxminlərə görə bu rəqəm 60 milyona çatırdı.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/mucryh

Ən çox baxılan