Boşanmaların faizi artıb

“Nikahların sayı isə 2013-cü ilə nisbətən 1.3 dəfə azalıb”

Source:
Nikah
Nikah


“Nikahların sayı isə 2013-cü ilə nisbətən 1.3 dəfə azalıb”

Ötən il Azərbaycanda 66 min 771 nikah, 13 min 114 boşanma qeydə alınıb.

Məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanın Demoqrafik Göstəriciləri” rəsmi nəşrindən götürülüb.

Bu, nikahların sayının 2013-cü ilə nisbətən 1.3 dəfə azalması, boşanmaların isə 1.12 dəfə artması deməkdir.

Göstəricilərə görə, 2016-cı ildə nikaha daxil olan kişilərdə orta yaş 28.6-ya, qadınlarda isə 24.1-ə bərabər olub.

Həmin göstərici 2014-cü ildən etibarən sabit qalıb.

Ana səhifəXəbərlərBoşanmaların faizi artıb