BMT ekspertləri LGBT fərdlərinə edilən təzyiqlərlə bağlı çağırış etdi

“Cinsi şəxsiyyətinə görə insanların işgəncəyə məruz qalmasının əsas səbəbləri ilə mübarizə aparılmalıdır”

Source:
BMT arxiv foto
BMT arxiv foto


“Cinsi şəxsiyyətinə görə insanların işgəncəyə məruz qalmasının əsas səbəbləri ilə mübarizə aparılmalıdır”

BMT-nin hüquq ekspertləri Azərbaycanda homoseksual və ya transseksual olaraq qəbul edilən insanların işgəncələrə məruz qalması ilə bağlı yayılan hesabatlardan sonra həyəcan

təbili çaldı.

Qurumun oktyabrın 13-də yaydığı məlumatda deyilir ki, bir qrup BMT eksperti etibarlı mənbələrin hesabatlarına əsasən, Azərbaycanı homoseksual və transseksuallara qarşı həyata keçirilən saxta həbslər, pis rəftar, həbsdə işgəncə və məcburi tibbi müayinələr kimi insan hüquqları pozuntusunun qarşısını almağa çağırır.

“Sentyabrın ortalarından bəri paytaxt Bakıda başlayan, seks işçisi olması iddiası ilə 80-dən çox geyin və ya transseksualın həbsinə və saxlanmasına gətirib çıxaran bir sıra polis reydləri bizi dərindən narahat edir” – ekspertlər qeyd edib.

Ekspertlər vurğulayıblar ki, beynəlxalq insan hüquqları qanunları və Azərbaycanın müqavilə öhdəlikləri aydındır – heç kim faktiki və ya qəbul edilən cinsi oriyentasiyasına, cinsi kimliyinə, seks işçisi olduğu və ya elə qəbul edildiyinə görə həbs edilməməlidir.

Ekspertlər əlavə ediblər ki, Azərbaycan özbaşına həbslərlərə imkan yaradan əsassız qanunları ləğv etməlidir.

Ekspertlər tərəfindən əldə edilən məlumata əsasən, həbs olunanların bəziləri qismən özlərini günahlandırmaları və tanışlarının adlarını açıqlamaları məqsədilə döyülüb, təhqir edilib, elektrik şokuna məruz qalıb və zorla təraş edilib.

“Bütün bunlar Azərbaycanın insanlara qarşı işgəncələrin və pis rəftarın qarşısını almaq və onları qorumaqla bağlı götürdüyü öhdəliklərini pozmasıdır.

Məhkəmə dinləmələrində onların müalicəsi ilə bağlı şikayətlər qaldırılıb, lakin hakimlərin hər hansı bir rəy vermədiyi və qurbanların vəkilləri tərəfindən verilən sorğulara baxmayaraq prokurorluğa göndərilmədiyi bildirildi.

Biz hökumət orqanlarını işgəncə və pis rəftarla bağlı bütün iddiaları dərhal və hərtərəfli araşdırmağa, təqsirli şəxslərin təqib edilməsinə və cinayət törətdiyi sübut olunarsa, müvafiq sanksiya ilə cəzalandırılmasına çağırırıq”, – ekspertlər bildirib.

“Biz Azərbaycana xatırlatmaq istərdik ki, işgəncə nəticəsində verilmiş ifadələr hər hansı prosesdə sübut kimi istifadə olunmamalıdır”.

Məlumatda qeyd olunur ki, həbs olunanların azadlığa buraxılandan sonra bəzilərinə xuliqanlıq və polisə qarşı müqavimət göstərməsi ittihamı ilə inzibati həbs cəzası verilib:

Hakimiyyət rəsmiləri həbslərin Bakı şəhərində cinsi istismalarla bağlı şikayətlərin artması və ictimaiyyətin cinsi yolla yayılan xəstəliklərə yoluxması riskinin qarşısını almaq üçün həyata keçirildiyini deyir.

Ekspertlər, həbs olunanların tibbi müayinələrə və müalicə almağa məcbur edilmələri və onların sağlamlığı barədə məlumatların mətbuata açıqlanması barədə narahatlıqlarını da vurğulayırlar:

“Azərbaycan fərdlərin sağlamlığı və məxfiliyini qoruyaraq insanları zorla tibbi testlərə və müayinələrə cəlb etməyi, işgəncələrə və pis rəftara dair sağlamlıq sənədlərini ictimaiyyətə açıq şəkildə təqdim etməyi dərhal dayandırmalıdır.

Biz rəsmiləri hər kəsin hüquqlarını qorumağa çağırırıq – homoseksual ya da transseksual kimi qəbul edilən, seks işçisi olan və ya belə qəbul edilən hərkəsin. Özbaşına saxlanılan və işgəncəyə məruz qalanlar təzminat da daxil olmaqla, bütün effektiv vasitələrdən yararlanmalıdır “.

Biz Azərbaycan hakimiyyətini təhsil və dövlət siyasəti vasitəsilə cinsi oriyentasiya və ya cinsi şəxsiyyətinə görə insanların işgəncəyə məruz qalmasının əsas səbəbləri ilə mübarizə aparmağa və onlara qarşı tətbiq olunan ayrı-seçkiliyi aradan qaldırmaq üçün yalnış mülahizələrə və önyarğılara qarşı konkret addımlar atmağa çağırırıq”.

Məlumatda qeyd olunur ki, ekspertlər Azərbaycan hakimiyyəti ilə əlaqə saxlayır və vəziyyəti yaxından izləyirlər.

Xatırlatma:

2017-ci ilin sentyabrında Azərbaycanda LGBT fərdlərinə qarşı təzyiq və təqiblərin başladığı bildirilir. Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, vətəndaşların çoxsaylı müraciətləri əsasında Bakının mərkəzində, xüsusən də Nəsimi, Nərimanov, Səbail və Yasamal rayonlarının ərazisində axşam saatlarında qrup şəklində yerli vətəndaşlara və əcnəbi turistlərə pul müqabilində intim xidmətlər təklif edən, imtina edənləri təhqir edib münaqişəyə çəkməklə ictimai qaydanı pozan şəxslərin müəyyənləşdirilməsi, onların dəri-zöhrəvi xəstəliklərin daşıyıcısı olub-olmamasının yoxlanılması və digər profilaktiki tədbirlərin görülməsi məqsədilə şəhərin Baş Polis İdarəsi və ərazi polis orqanlarının əməkdaşları tərəfindən sentyabrın 15-dən 30-dək həyata keçirilmiş tədbirlərlə 83 nəfər saxlanılıb.

Rəsmi məlumatda deyilir ki, həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokollar tərtib edilərək məhkəmələrə göndərilib, 56 şəxs barəsində müxtəlif müddətlərə inzibati həbs tənbehi seçilib, 18 nəfərə inzibati qaydada cərimə, 9 nəfərə xəbərdarlıq edilib.

“Saxlanılan şəxslərin hüquqlarını müdafiə edən vəkillərin müraciətləri nəzərə alınaraq inzibati həbs olunanlardan 32 nəfəri müalicə üçün Dəri-Zöhrəvi dispanserlərə göndərilib. Onlarda zöhrəvi xəstəlik aşkar edilməyib, 24 nəfər inzibati həbsdən azad edilib.

Tibbi-laborator müayinələrin hazırkı nəticəsinə görə, 32 nəfərdə müxtəlif zöhrəvi xəstəliklər, o cümlədən 6-da “AİDS”, 6-da “HİV”, 16-da “sifilis”, 2-də “kəskin uretrit, candida albikas və trixomonias”, 2 nəfərdə isə “Hepatit HVC” virusu aşkarlanıb. Digərlərində zöhrəvi xəstəliklərin olub-olmamasının müəyyənləşdirilməsi, eləcə də onlar tərəfindən bu xəstəliklərin məqsədli şəkildə yayılmasının qarşısının alınması istiqamətində səhiyyə orqanları ilə birgə təxirəsalınmaz tədbirlər davam etdirilir” – məlumatda deyilir.

Ana səhifəXəbərlərBMT ekspertləri LGBT fərdlərinə edilən təzyiqlərlə bağlı çağırış etdi