BMT: COVID-19 üçün vaksin və müalicə hamıya çatımlı olmalıdır

“Bu yeni vasitələr pandemiyanı tam nəzarətdə saxlamağımıza kömək edəcəkdir və ümumdünya ictimai məhsulu olaraq hər kəsə çatımlı olmalıdır”.

Source:

“Heç birimiz bəzi insanların qorunduğu, bəzilərinin isə yoluxmaya məruz qaldığı dünyanı qəbul edə bilmərik"

Birləşmiş Millətlər Təşkilatının liderləri bazar ertəsi günü COVID-19 əleyhinə vaksinlər, müalicə üsullarını inkişaf etdirmək və hər kəsə uyğun qiymətlərlə çatdırmaq üçün dünya dövlətlərini qlobal səy göstərməyə çağırıb, – “Reuters” xəbər verir.

BMT-nin baş katibi Antonio Guterres ən az 8 milyard toplamağı hədəfləyən qlobal konfransda çıxışı zamanı deyib: “Bu yeni vasitələr pandemiyanı tam nəzarətdə saxlamağımıza kömək edəcəkdir və ümumdünya ictimai məhsulu olaraq hər kəsə çatımlı olmalıdır”.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Ghebreyesus eyni tədbirdə deyib: “Uğurun ən böyük ölçüsü vasitələri inkişaf etdirməyimiz olmayacaq. Uğur onları necə bərabər paylaya biləcəyik olacaq. Heç birimiz bəzi insanların qorunduğu, bəzilərinin isə yoluxmaya məruz qaldığı dünyanı qəbul edə bilmərik".

Ana səhifəDünyaBMT: COVID-19 üçün vaksin və müalicə hamıya çatımlı olmalıdır