Mənbə: Meydan TV

“Biri gəlib məni öldürsün, heç olmasa, uşağım yetimpulu alsın”

“Biri gəlib məni öldürsün, heç olmasa, uşağım yetimpulu alsın”

Asəf Həsənov 2017-ci ildə 5 bıçaq zərbəsi nəticəsində böyrəyindən və ciyərindən zədə alıb. Nəticədə onun sağ böyrəyi götürülüb, ciyərində isə birinci dərəcəli əməliyyat keçirilib. Asəf Həsənov ona əlillik dərəcəsinin verilməməsindən şikayətçidir. Deyir ki, Ağcabədi Rayon Mərkəzi Xəstəxanası onun sənədlərini qaytarmır.

Şikayətçi Səhiyyə Nazirliyinin qaynar xətti ilə əlaqə saxlasa da, onu Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yönləndirirlər. Xəstəxana isə ona əlillik dərəcəsinin düşmədiyini deyir. Bir böyrəyi olmadığı üçün Asəf Həsənov iş tapmaqda çətinlik çəkir. Evinin qarşısında kiçik oyuncaq dükanı açsa da, bir neçə ay sonra qeydiyyatı olmadığı üçün ona cərimə xəbərdarlığı edilib. Hazırda sahibkar obyektini işlədə bilmir. Bununla bağlı Birinci vitse-prezident Mehriban Əliyevaya, Sahibkarlığın İnkişafı Fonduna məktublar da yazıb.

Şikayətçinin bir yaşında övladı var. Deyir ki, təkcə onun bir günlük yeməyi 15 manatdır. Bundan əlavə, bacısı və anası da kirayədə yaşayır. Asəf Həsənov prezidentdən məsələyə baxılmasını, ona kömək edilməsini xahiş edir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/jt6wg2

Ən çox baxılan