Bir nənənin mübarizəsi

57 yaşlı Reyhan nənə nəvələrinin evsiz qalmaması üçün bir ilə yaxındır çarpışır.

Getmədiyi aidiyyatı dövlət qurumu qalmayıb.

Nəsimi Rayon İcra Hakimiyyətinə də bu ümidlə gəlib.

"Komissiyanın qəbuluna girə bilmədim, katibə ilə danışdım. Dedim ki, kimsəsiz uşaqlardır. Qəyyumluğu tezləşdirmək lazımdır".
O, nəvələrinə qəyyumluq almalıdır ki, evləri söküləndə onlara kompensasiya ödənilsin.

"Səhər açılır, elə yataqdan başımı qaldırmamış düşündüyüm o olur ki, bu uşaqlara bu gün nə verəcəm? Nə yeyəcəklər? Dururam, baxıram, imkan olanda yedizdirirəm, olmayanda yedizdirmirəm".
Reyhan Balabəyova 2 nəvəsi və xəstə oğlu ilə 18 kvadratlıq evə sığışıb. Yaşadıqları ev "Sovetski"nin son mənzillərindəndir.

Evin qeydiyyatında təkcə 5 il əvvəl həyatını itirən gəlinləri olub.

"Ancaq gözümü dikmişəm o iki uşağa ki, onlara bir gün ağlayım. Qız uşaqlarıdır, qalıblar burada. Mən də əvvəlki kimi işləyə, alıb-gətirib sata bilmirəm ki, çörək pulumu çıxarım. Çünki uşaqlar başsız qalar".
Ailənin tək gəliri qonşuların, durumu eşidib gələnlərin etdiyi yardımlardır.

Evin əşyalarını - elə bu soyuducunu da onlar gətirib.

"Ancaq bir neçə ədə yumurtamız var soyuducuda. Adama birini qızardıb, çörəyin arasına qoyub yeyəcəyik".

Nəvələri üçün həyatda sevib, tutuna biləcəkləri yeganə şəxs Reyhan nənədir.

Balaca nəvəsi də bu il məktəbə getməlidir. Ancaq onun hələ qəyyumluq üçün lazımi arayışları almağa pulu yetmir.

İcraedici orqanlar üçün o sənədli-sübütlu nənə olduğunu isbat etmək məcburiyyətindədir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/hd64dx

Ən çox baxılan