Bir neçə şəhərdə məktəblər yenə bağlanır

Nazir bildirib ki, son həftə ərzində yeni növ koronavirusa yoluxmanın 80 %-dən çoxu Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun payına düşür

Foto: Elm və Təhsil Nazirliyi

Tədris distant formada davam etdiriləcək

Aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda məktəblər yenidən bağlanır.

Təhsil Nazirliyinin

məlumat

ına görə, ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur.

Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.

Distant tədris zamanı dərslər “Virtual məktəb”, eləcə də digər onlayn platformalar üzərindən keçirilə bilər. Həmçinin şagirdlərə “Dərs vaxtı” teledərslərini izləmək tövsiyə olunur.

Nazirliyin məlumatında deyilir ki, ümumi təhsil müəssisələrinin yaşı 50-dən yuxarı olan müəllim və texniki heyətinin martın ilk həftəsindən vaksinasiya prosesinə başlanılıb. Bu günədək proses çərçivəsində 55 faizdən çox müəllim və texniki heyət “COVID-19” əleyhinə peyvənd olunub.

Bu haqda təhsil naziri Emin Əmrullayev də sosial şəbəkədə paylaşım edib.

Nazir bildirib ki, son həftə ərzində yeni növ koronavirusa yoluxmanın 80 %-dən çoxu Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun payına düşür:

“Yoluxma hallarının daha az baş verdiyi yerlərdə tədris əyani formada həyata keçiriləcək. Lakin yoluxma halları artdığı təqdirdə həmin ərazilərdə də tədrisin distant formaya keçirilməsi nəzərdə tutulur”.

Nazir pedaqoji və texniki heyətin peyvənd olunması prosesinin davam etdiyini də vurğulayıb:

“Şagirdlərin davamlı öyrənməsi və təhsil müəssisələrinin mütəmadi fəaliyyətinin təmin edilməsində vaksinasiya mühüm faktordur. Hər birinizin bu məsələdə fəal iştirakını vacib hesab edirəm. Müəllimlərin və məktəblərdə işləyən digər şəxslərin qısa zaman ərzində peyvənd olunması ənənəvi təhsilə keçidi sürətləndirən mütləq məqamdır”.

Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” qərarına və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində karantin rejiminin qaydalarına əməl edilməklə ənənəvi tədris mərhələli şəkildə qismən bərpa edilib.

Ana səhifəSosialBir neçə şəhərdə məktəblər yenə bağlanır