Bıçaqlanan trans qadını xəstəxanadan yaralı halda evə göndərmək istəyiblər

Bıçaqlanan trans qadını xəstəxanadan yaralı halda evə göndərmək istəyiblər

5 bıçaq zərbəsi alan trans qadın Respublika Klinik Xəstəxanasından evə yollanır. Dostları buna etiraz edəndən sonra bıçaqlanan qadın xəstəxanaya qaytarılır.

İyulun 30-da trans qadını müştəri adıyla evinə gələn şəxs bıçaqlayıb. Səsi eşidən rəfiqələri digər otaqdan gəlib, onu bıçaqlayan şəxsin əlindən alıblar.

Xəstəxanadan verilən məlumata görə, trans qadın hazırda reanimasiyadadır. Həyati təhlükəsi yoxdur.

Ötən ay Aysu ləqəbli trans qadını da müştəri adıyla ona yaxınlaşan şəxs qətlə yetirib. LGBTQ fərdləri deyir ki, ard-arda bənzər formada qətllərin baş verməsi onlarda cinayətlərin siyasi olduğuna dair şübhə yaradır.

Trans qadını bıçaqlayan şəxsin saxlanılaraq 39-cu Polis Bölməsinə aparıldığı deyilir. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi rəsmi açıqlama verməyib.

Ana səhifəVideoBıçaqlanan trans qadını xəstəxanadan yaralı halda evə göndərmək istəyiblər