Beynəlxalq təşkilatlar Avropa İttifaqını Azərbaycana təzyiq etməyə çağırıblar

”Prezident Əliyevi Azərbaycanda davamlı insan haqları islahatlarına öhdəlik götürməyə çağırmağı rica edirik”

Source:


”Prezident Əliyevi Azərbaycanda davamlı insan haqları islahatlarına öhdəlik götürməyə çağırmağı rica edirik”

“Sərhədsiz Reportyorlar” və daha 36 beynəlxalq hüquq müdafiə təşkilatı   Avropa İttifaqı rəhbərliyinə açıq məktubda müraciət edərək, bütün imkanlardan istifadə edərək prezident İlham Əliyevi insan haqlarına basqıları dayandırmağa çağırmağı rica edib.

Məlumatı yayan Turan informasiya agentliyi,

qeyd edib ki

, məktub müəllifləri Aİ liderlərini noyabrın 24-də Brüsseldə keçiriləcək sammitə qatılacaq Azərbaycan prezidenti İlham Əliyevə ölkəsində insan haqlarına basqıları dayandırmaq üçün təzyiq göstərməyə çağırıblar.

Məktubda siyasi məhbusların, ələlxüsus müstəqil jurnalistlərin dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına, media azadlıqlarına hörmət edilməsinə və Xədicə İsmayıl kimi araşdırmaçı jurnalistlərə tətbiq olunan səyahət qadağalarının ləğv olunmasına çağırışlar yer alıb.

“Biz sizdən sammit vaxtı bütün imkanlardan istfadə edərək prezident Əliyevi insan haqlarına basqıları dayandırmağa və Azərbaycanda davamlı insan haqları islahatlarına öhdəlik götürməyə çağırmağı rica edirik”, məktubda deyilir.

Məktub müəllifləri vurğulayır ki, Azərbaycan hökumətinin son illərdə atdığı addımlar Avropa ilə əməkdaşlıq ruhuna tamamilə zidd olub. Məktubda ölkədə cərəyan edən repressiya dalğasına son qoymaq, qondarma ittihamlarla dissidentlərin həbsə salnmasını dayandırmaq istiqamətində səy göstərilməsinin vacibliyi qeyd edilir.

“Əliyev hökuməti ölkədə müstəqil mətbuatı məhv edib, internetə senzura tətbiq edib və müstəqil jurnalistləri, Şərq Tərəfdaşlığı çərçivəsində təsəvvürə gələcək istənilən sivil cəmiyyət üçün vacib olan vətəndaş cəmiyyəti və siyasi fəalları həbsə salıb, yaxud da susdurmağa çalışıb”, məktubda bildirilir.

Müəlliflər inanır ki, Azərbaycanla Avropa İtifaqı arasında əməkdaşlıq üzrə hər hansı danışıqlar Əliyev hökumətinin fundamental hüquqlara hörmət etməsi istiqamətində əldə edilən proqresdən asılıdır.

Ana səhifəXəbərlərBeynəlxalq təşkilatlar Avropa İttifaqını Azərbaycana təzyiq etməyə çağırıblar