Mənbə: google

Belçikalılar kolonial kralın büstünün götürülməsini tələb edir

Petisiyalardan biri 14 yaşlı bir oğlan tərəfindən onlayn başladılıb

Silahsız qaradərili amerikalı Corc Floydun ölümünə dair qlobal etirazlardan ilhamlanaraq Belçikada təxminən 30,000 insan iki petisiya imzalayıb.

“Reuters” xəbər verir ki, petisiyalar kolonial dövrün kralı İkinci Leopoldun heykəlinin qaldırılması ilə bağlı olub. İkinci Leopoldun ordusu 1800-cü illərin sonlarında müstəmləkə dövründə Konqonun böyük bir qismini qırıb keçib.

Petisiyalardan biri 14 yaşlı bir oğlan tərəfindən onlayn başladılıb. O, petisiyanın rəsmini “İnstagram” səhifəsində paylaşıb və heykəllərin Brüssel ərazisindən yığışdırılmasını tələb edib.

“Biz yetkinlik yaşına çatmayanlar identifikasiya edilmək istəmirik. Buna görə bizi təmsil edəcək bir təşkilat axtarırıq,” 14 yaşlı Noah “Reuters”-ə deyib.

Onun fransız və holland dilində olan petisiyası heykəlin qaldırılmasının tarixi kimi iyun ayının sonunu təyin edib. Sənəddə qeyd edilir ki, İkinci Leopoldun multicultural Avropanın paytaxtı Brüsseldə yeri yoxdur.

Mayın 25-də Minneapolisdə Floydun ölümündən sonra nümayişlər bütün ABŞ-ı bürüyüb. Avropada dəstək olaraq daha kiçik etirazlarla müşayiət olunub.

Belçikanın Gent şəhərində İkinci Leopoldun büstü qırmızı rəngə boyanıb və üzərində “mən nəfəs ala bilmirəm” ifadələri yazılıb.

Belçika mediası xəbər verir ki, daha bir heykələ Antverpen şəhəri yaxınlığında yandırılıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/mo8zy9

Ən çox baxılan