Belarusda ilk koronavirus halı qeydə alınıb

Xəbər verilir ki, iranlı Belarusa Bakıdan fevralın 22-də gəlib.

Source: Foto: http://vgr.by/


Xəstəlik Bakıdan gələn İran vətəndaşında aşkar olunub

Belarusun Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, ölkədə ilk koronavirus halı qeydə alınıb.

Onu fevralın 27-də iranlı tələbələrdən birində aşkar ediblər. Xəbər verilir ki, iranlı Belarusa Bakıdan fevralın 22-də gəlib. Koronavirusu Respublika Epidemiologiya və Mikrobiologiya Elmi Mərkəzində aparılan testlər müəyyən edib.

Pasiyenti və onunla insiyyətdə olan adamları Minsk Yoluxucu Xəstəliklər Xəstəxanasının qapalı bokslarına yerləşdiriblər.

Hazırda Belarusda koronavirus 2019-nCoV-un qarşısını almaq üçün sanitar-epidemioloji tədbirlər həyata keçirilir.

Ana səhifəDünyaBelarusda ilk koronavirus halı qeydə alınıb