Bayram Məmmədovun yenə apelyasiya şikayətinə baxılacaq

Eyni zamanda, ailəsindən bildirilib ki, Baş Prokurorluqdan müstəntiq ekspertlə birlikdə aprelin 8-də Bayram Məmmədovu dindiriblər

Source: meydan.tv


Bu dəfə şikayəti gənc fəalın özü məhkəməyə göndərib

Martın 17-də prezidentin əfv sərəncamı ilə azadlığa buraxılan və 13 gün sonra təkrar 30 sutkalıq həbs cəzası alan Bayram Məmmədovun apelyasiya şikayətinə aprelin 9-da baxılacaq.

Apelyasiya şikayətini məhkəməyə Bayram Məmmədovun özü göndərib. Bundan əvvəl aprelin 3-də baxılan şikayəti isə vəkili Elçin Sadıqov məhkəməyə təqdim etmişdi.

Ailəsindən Meydan TV-yə verilən məlumata görə, şikayətdə onun qanunsuz və əsassız həbs olunduğu, həm də işgəncədən aldığı xəsarətlər nəticəsində kəskin baş ağrıları, ürəkbulanma və qusma halları olduğu qeyd edilib.

Eyni zamanda, ailəsindən bildirilib ki, Baş Prokurorluqdan müstəntiq ekspertlə birlikdə aprelin 8-də Bayram Məmmədovu dindiriblər.

Bayram Məmmədov İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsilə – polisə müqavimətdə təqsirli bilinərək martın 30-da 30 sutka azadlıqdan məhrum edilib.

O, 2016-cı ildə mərhum prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək!” şüarı yazıldıqdan sonra narkotik ittihamıyla həbs olunub 10 il cəza almışdı.

İlham Əliyevin martın 16-da verdiyi əfv sərəncamından 1 gün sonra azadlığa çıxıb.

Ana səhifəXəbərlərBayram Məmmədovun yenə apelyasiya şikayətinə baxılacaq