Bayden and içdi: ABŞ-da demokratiya qalib gəldi

O, məğlubiyyətini etiraf etməyib və qələbəsinin oğurlandığını bildirib.

Source: Specify Source


Donald Tramp tədbirə qatılmayıb

ABŞ-ın 46-cı prezidenti Cozef Bayden

yanvarın 20-də

and içib.

Andiçmə mərasimində eks-prezidentlər Bill Klinton, Corc Buş və Barak Obama iştirak edib.

“Ağ ev”in keçmiş sahibi Donald Tramp tədbirə qatılmayıb.

O, məğlubiyyətini etiraf etməyib və qələbəsinin oğurlandığını bildirib. Beləliklə, hakimiyyəti yeni administrasiyaya vitse-prezident Mayk Pens ötürüb.

Amerika tarixində sonuncu dəfə 1869-cu ildə hakimiyyətdən gedən prezident andiçmə mərasiminə qatılmayıb.

Müğənni Ledi Qaqa andiçmə mərasimində ABŞ-ın himnini oxuyub.

Cozef Bayden çıxışında koronavirus infeksiyasından ölən 400 min amerikanlını yad edib.

O, ABŞ-da demokratiyanın qalib gəldiyini deyib.

Ana səhifəDünyaBayden and içdi: ABŞ-da demokratiya qalib gəldi