Mənbə: Meydan TV

"İlham Əliyev, azyaşlıdan niyə qisas alınır?!"

Məqalə yeniləndi:  18 Oktyabr 2021

"İlham Əliyev, azyaşlıdan niyə qisas alınır?!"

Yazar Zümrüd Yağmur qızı Sanayın cinsi zorakılığa məruz qalması ilə bağlı mətbuat konfransı keçirib. Bir il öncə yetkinlik yaşına çatmayan qızı Sanayı xalası oğlu Əsgər Ağayevin təcavüz etdiyi bildirilir. Ekspertiza rəylərində Sanayın paltarındakı biomaterialların Əsgər Ağayevə məxsus olduğu göstərilsə də, o həbs olunmayıb.

Hadisə günü Əsgər Ağayevin Sanayın içkisinə narkotik vasitə qatdığı və huşsuz halda ona qarşı zorakılıq etdiyi iddia olunur. Faktla bağlı Cinayət Məclləsinin 149-cu zorlama maddəsilə cinayət işi başlanıb. Ancaq Yasamal Rayon Prokurorluğu Əsgər Ağayevin məsuliyyətə cəlb edilməsilə bağlı yetərli dəlillərin olmadığını bildirərək cinayət işi üzrə icraata 2 dəfə xitam verib. Əsgər Ağayev cinayət işində şahid qismində dindirilib.

Yazar Zümrüd Yağmur prokurorluqdan şikayət edərək, cinayətin ört-basdır edilməsinə etiraz edir. Həmçinin sosial işçi Sənubər Heydərova deyir ki, Sanaydan dəfələrlə alçaldıcı suallarla ifadə alınıb.

Vəkil Zibeydə Sadıqova bildirir ki, apelyasiya məhkəməsi prokurorluğun qərarını ləğv edərək işi araşdırılmasını üçün yenidən Yasamal Rayon Prokurorluğuna göndərilir.

Məsələ ilə bağlı Əsgər Ağayev və ailəsiylə danışmağa cəhd etsək də, zənglərimizə cavab ala bilmədik. Mətbuat konfransından sonra Zümrüd Yağmur Baş prokurorluğa çağırılaraq, ona işin Yasamal rayon Prokurorluğundan alınacağı və nəzarət altında olacağı deyilib. Baş Prokurorluqdan Meydan TV-yə bildirdilər ki, hadisəni araşdırıb mediaya cavab verəcəklər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  18 Oktyabr 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/rnuxmn

Ən çox baxılan