Anar Məmmədov və Məlahət Qurbanova

Mənbə: Foto: Meydan tv

Başlıq: Anar Məmmədov və Məlahət Qurbanova

Baş redaktora qarşı xüsusi ittiham qaydasında iddia verilib

Anar Məmmədov məhkəmə qarşısına çıxıb

“Lombard N:1” müəssisəsinin sahibi Məlahət Qurbanova “criminal.az” saytının baş redaktoru Anar Məmmədovu həbs etdirmək istəyir.

Məlahət Qurbanova baş redaktora qarşı Yasamal Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında iddia qaldırıb.

Oktyabrın 19-da Yasamal Rayon Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə hazırlıq iclası keçirilib.

Məlumatı Meydan TV-yə təsdiqləyən Anar Məmmədov deyir ki, iddia ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. Hakim hazırlıq iclasını oktyabrın 23-ü saat 12.00-a təyin edib.

Anar Məmmədov bildirib ki, “criminal.az” saytında M.Qurbanova ilə keçmiş əmək və əhalinin sosial müdafiə naziri Fizuli Ələkbərov arasında olan məhkəmə çəkişməsini dərc edib. Yazıda M.Qurbanovanın da mövqeyi yer alıb.

Baş redaktorun sözlərinə görə, M.Qurbanova iddiasında heç bir lombard fəaliyyəti ilə məşğul olmadığını bildirsə də, “Lombard N:1”in saytında həmin təşkilatın rəhbəri kimi xanımın adı göstərilib. M.Qurbanova yazıda işlədilən “Lombard Məlahət” sözünü təhqir kimi qəbul edib. Amma Anar Məmmədov onun dedikləri ilə razılaşmır:

“Heç bir təhqirdən söhbət gedə bilməz, bu formada təqdimat onun sırf fəaliyyəti ilə bağlıdır. Bu baxımdan Məlahət Qurbanovanın iddiası tam absurddur. Əksinə, Məlahət Qurbanova iddiası ilə mənə qarşı böhtana yol verib. Eyni zamanda, Məlahət xanımın bu addımı mənim əsassız məhkəməyə çəkilməyimə və susdurulmağıma hesablanıb. Bunun özü qanunsuzluqdur. Əsassız məhkəməyə vermə də əlavə məsuliyyət yaradır. Vəkillərimlə məsləhətləşdikdən sonra iddiasında mənə qarşı yol verdiyi böhtana görə məhkəmə davası açacam. Nəhayət, Məlahət Qurbanovanın böhtan və təhqir mənaları haqda məlumatı olduqca məhduddur. Məsələn, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov haqda "Baş bankir", fövqəladə hallar naziri Kəmaləddin Heydərov haqda "fövqəl nazir", Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev haqda "baş gömrükçü" kimi ifadələr işlədilir. Bu ifadələr böhtan və təhqir hesab edilə bilməz".

“Lombard N:1”in saytı

“Lombard N:1”in saytı

Mənbə: Foto: Meydan tv

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/s56thw

Ən çox baxılan