Baş Qərargah rəisi Paşinyanın qərarı ilə bağlı məhkəməyə müraciət edib

Baş nazir keçmiş qərargah rəisini yenidən bu kresloya oturtmaq istəyir

Source: Арменпресс



Baş nazir keçmiş qərargah rəisini yenidən bu kresloya oturtmaq istəyir

Martın 9-da səlahiyyətlərinə son verilən Ermənistan Silahlı Qüvvələrinin (SQ) Baş Qərargah rəisi Onik Qasparyan İnzibati Məhkəməyə müraciət edib. Sabiq rəhbər Baş nazir Paşinyanın onu vəzifəsindən uzaqlaşdırmaq qərarına etiraz edir. Bu barədə generalın “Facebook” hesabında dərc etdiyi müraciətdə deyilir.

Qasparyanın sözlərinə görə, respublika hökumətinin rəsmi saytı martın 10-da Baş nazirin bəyanatını dərc edib. Həmin bəyanatda onun, Ermənistan SQ Baş Qərargahı rəisinin qanunla vəzifədən uzaqlaşdırıldığı deyilir. Lakin generalın mövqeyi dəyişməz qalır: həm Baş nazirin bəyanatı, həm də onun işdən çıxarılma prosesi konstitusiyaya zidd olaraq qalır.

Onun dediyinə görə, bu, növbəti dəfə məlum faktı təsdiqləyir ki, hazırkı böhranın çözümü müstəsna olaraq Baş nazirin istefası və növbədənkənar seçkilərin keçirilməsi zamanı mümkündür. “Mən Ermənistanda Konstitusiyanın üstünlüyünün, o cümlədən gücünün müstəsna olaraq qanuni əsasla gerçəkləşməsi məqsədi ilə İnzibati Məhkəməyə müraciət etdim. Vətənə və erməni xalqına öz xidmətimi fərqli statusda davam etdirəcəm”, – Qasparyan qeyd edib.

Nikol Paşinyan da martın 10-da Prezident Armen Sarkisyana Artak Davtyanın Baş qərargah rəisi vəzifəsinə təyin olunması barədə təqdimat verib. Artak Davtyan daha əvvəl, 2018-ci ilin mayından 2020-ci ilin iyununadək Baş Qərargahın rəisi vəzifəsini tutub. O, 2020-ci ilin iyul ayında Ermənistanın Hərbi Sənaye Komitəsinin sədri təyin olunub, lakin 2020-ci ilin noyabr ayında bu vəzifədən azad edilib.

Fevralın 25-də SQ-in Baş Qərargahı hökumətin istefasını tələb edəndən sonra Ermənistanda daxili siyasi böhran şiddətlənib. Baş nazir bunu çevriliş cəhdi adlandırıb və dərhal Onik Qasparyanın vəzifəsindən azad olunması barədə qərara qol çəkib. Prezident Armen Sarkisyan iki dəfə bu sənədə qol çəkməsə belə (birinci dəfədən sonra Baş nazirin aparatı fərmanı yenidən prezidentə göndərib), bunula bağlı Konstitusiya Məhkəməsində də şikayət etməyib.

Ermənistanın qanunvericiliyinə görə, əgər Prezident Baş nazirin qərarına qol çəkmirsə, o, bir müddət sonra avtomatik olaraq qüvvəyə minir. Beləcə, qanuna görə, Qasparyanın Baş Qərargahın rəhbəri vəzifəsində qalma müddəti martın 9-u başa çatıb. Prezidentin bəyanatına Konstitusiya Məhkəməsində baxılması mərhələsi isə bir ay çəkə bilər.

Ana səhifəXəbərlərBaş Qərargah rəisi Paşinyanın qərarı ilə bağlı məhkəməyə müraciət edib