Baş Prokurorluq: Xəstəxananın vəzifəli şəxslərinə cinayət işi açılıb

İttihamlarla bağlı hələlik xəstəxanadan və İlham Mustafayevdən münasibət öyrənmək mümkün olmayıb.

Source: Specify Source


Onlar vəzifə səlahiyyətlərindən sui-istifadədə günahlandırılırlar

Şirvan Şəhər Mərkəzi Xəstəxanasının vəzifəli şəxsləri barəsində cinayət işi açılıb.

Bu barədə avqustun 6-da Baş Prokurorluq məlumat yayıb.

Məlumatda bildirilir ki, Şirvan şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktorunun əməlləri ilə bağlı daxil olmuş müraciət əsasında şəhər prokurorluğunda araşdırma aparılıb: “Xəstəxananın direktoru İlham Mustafayevin bəzi qanunsuz əməllərdə şübhəli sayıldığı məlum olub. Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb”.

İttihamlarla bağlı hələlik xəstəxanadan və İlham Mustafayevdən münasibət öyrənmək mümkün olmayıb.

“Hazırda iş üzrə cinayət əməllərinə yol vermiş şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir”, – deyə Baş Prokurorluq bildirir.

Ana səhifəBölgəBaş Prokurorluq: Xəstəxananın vəzifəli şəxslərinə cinayət işi açılıb