Banklar valyuta satışına məhdudiyyət qoymayıb

Yalnız «Dəmirbank» və Beynəlxalq Bankdan deyiblər ki, məhdudiyyət konkret filialda nağd pul həcmi ilə bağlı ola bilər

Source:


Yalnız «Dəmirbank» və Beynəlxalq Bankdan deyiblər ki, məhdudiyyət konkret filialda nağd pul həcmi ilə bağlı ola bilər

Dolların bahalanması bankların xarici valyuta satışı məsələsini yenidən aktuallaşdırıb.

“Turan”-ın məlumatına görə, ötən həftənin sonunda 5 bank valyuta satışını dayandırıb.

Həftənin əvvəlində “Turan”-ın dollar və avro satışı ilə bağlı sorğusu göstərib ki, bir çox banklar valyuta satışına məhdudiyyət qoymayıb.

Yalnız «Dəmirbank» və Beynəlxalq Bankdan deyiblər ki, məhdudiyyət konkret filialda nağd pul həcmi ilə bağlı ola bilər.

«Pasha Bank»da bildiriblər ki, bir aydır, xarici valyuta satmırlar.

«Muğanbank» və «Expressbank» valyuta satışına məhdudiyyət qoyub – bir nəfər 100 və 500 dollar/avro.

Ötən həftə dolların məzənnəsi bahalanıb və 24 oktyabrda 1,6151 manat təşkil edir.

Əvvəllər ekspertlər hesab edirdi ki, bankların xarici öhdəliklərini ödəməsi ilə bağlı ilin sonu üçün dollar bahalanacaq.

Ana səhifəXəbərlərBanklar valyuta satışına məhdudiyyət qoymayıb