Mənbə: Meydan TV

“Bank mənə bildirmədən evimi hərraca çıxardı¨

“Bank mənə bildirmədən evimi hərraca çıxardı¨

Rəşad Səfərov 2015-ci ildə “Finoko BOKT”-a (bank olmayan kredit təşkilatı) evini girov qoyub. Əvəzində 40 min dollar borc pul götürüb. O, hər ay 1151 dollar ödəməli olsa da, devalvasiyadan sonra onun ödənişində gecikmələr yaranıb.

Rəşad Səfərov deyir ki, faizlər toplandığı üçün kredit təşkilatı ona 2 ay ərzində evini satmağı, yekun olaraq 70 min manat ödəniş etməyi təklif edib. Razılaşmadan 1 aydan sonra, o, borc tapıb bu məbləği gətirsə də, kredit təşkilatı artıq evin hərracda satıldığını bildirib. Vətəndaş şikayət edir ki, hərracın olacağı barədə ona bildiriş gəlməyib.

2019-cu ildən Rəşad Səfərovun ¨Finoko¨ kredit təşkilatı ilə məhkəmə prosesi gedir. Buna qədər keçirilən rayon, apelyasiya və ali məhkəməni təşkilat qazanıb. İndi Səfərovlar ailəsinə evi boşaltmaq tapşırılıb.

Rəşad Səfərov deyir ki, şikayəti ilə bağlı prezidentin köməkçisi Fuad Ələsgərovun müavinlərinin qəbulunda olub. Onlar məsələyə baxılacağını bildirib.

Meydan TV “Finoko” bank olmayan kredit təşkilatı ilə əlaqə saxlasa da, suallarına cavab ala bilməyib.

Bank eksperti Əkrəm Həsənov deyir ki, vətəndaşların əmlakının girov götürülməsi ilə bağlı problemlərin əsas səbəbi 2015-ci il devalvasiyasından qabaq dollarla verilən kreditlərdir.

Ekspert bildirir ki, hərracın keçirilməsi barədə borclu şəxsə məlumat verilməlidir. Əgər məlumat verilməzsə, vətəndaş məhkəmə qaydasında iddia verərək hərracın nəticələrinin əsassız hesab olunmasını tələb edə bilər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/wzz1ie

Ən çox baxılan