Bakının suyun da borcla alındığı qəsəbəsi

Bakının suyun da borcla alındığı qəsəbəsi

Xəzər rayonu Qala qəsəbəsində kanaldan yuxarı, çörək zavodu və 4-cü sahə ətrafında yaşayanlar susuzluqdan əziyyət çəkir. Sakinlər deyir ki, işsizliyə görə bu ərazidə "borca su almaq" adi hala çevrilib. Üstəlik, suyun keyfiyyəti də onları qane etmir. Bəziləri təkcə qonşulara yox, həm də su maşınlarına borclanıblar. Sakinlərin dövlət qurumlarına müraciətləri də cavabsız qalıb. "Azərsu"dan verilən açıqlamaya görə, qurumun problemdən xəbəri var. Əhali yolların da vəziyyətindən şikayətçidir. Onlar problemlərin növbəli şəkildə həllinə ümid edirlər. O vaxta qədər isə əllərində su bidonu, qapı-qapı gəzib, borca su axtaracaqlar.

Ana səhifəVideoBakının suyun da borcla alındığı qəsəbəsi