Bakının mərkəzi küçəsində qadınlar “şiddətə susma” deyib

Azərbaycanda bu ilin yanvar-sentyabr ayları ərzində 118 qadın ailədaxili şiddətə məruz qalıb

Source: Specify Source
Qadınlara zorakılıq əleyhinə “Dözmə, Yürüş Et!” aksiyası


Polis iştirakçılara planladıqları yürüşü keçirməyə əngəl olub

Oktyabrın 20-də Bakıda ictimai fəallar son günlər artan qadın cinayətlərinə etiraz yürüşü keçirmək istəyib.

Yürüş Bakının mərkəzi, Nizami küçəsində planlanmışdı, ancaq polisin müdaxiləsi ilə yürüş aksiyaya çevrilib. İştirakçılardan bəziləri polis tərəfindən saxlanılıb. Sonra onlardan çoxu sərbəst buraxılıb. Polis onlarla qadına şiddət göstərib, saçını yolub, qolunu burub.

Polis qadınlara planladıqları Natavan heykəlinin önündən yürüş keçirməyə imkan verməyib. Ancaq iştirakçılar “Şiddətə susma, şiddətə dözmə!”, "Süpürgəçi qadınlar ölməsin", "Erkən nikahlara son" şüarlarını səsləndirib, yürüşün rəsmi bəyanatını oxuyublar.

Azərbaycanda bu ilin yanvar-sentyabr ayları ərzində 118 qadın ailədaxili şiddətə məruz qalıb. Onlardan 33-ü həmin şiddət nəticəsində dünyasını dəyişib. Digər 85 qadın isə ailə üzvü və yaxınları tərəfindən ya döyülüb, bıçaqla, balta ilə, küt alətlə, çəkiclə vurulub, yandırılıb və müxtəlif cür xəsarət alıblar.


Mikroskop

Media bu monitorinqi Azərbaycanda informasiya agentlikləri və xəbər saytlarında dərc olunan materiallara əsasən aparıb.

Ana səhifəSiyasətBakının mərkəzi küçəsində qadınlar “şiddətə susma” deyib