Bakının Amerikadakı adamı

Azərbaycanın pulyuyan maşını

Source:
Adil Bağırov
Adil Bağırov

Azərbaycanın

pulyuyan maşını

– Məlumatların təhlili göstərir ki, bir-biri ilə əlaqəsi olan bir sıra bank hesabları ölkənin elitası tərəfindən lüks əşyalar almaq, avropalı siyasətçilərə pul vermək və pul yumaq üçün kölgə fondu kimi istifadə olunub. Həmçinin bura Azərbaycanın maraqlarına uyğun olaraq Amerikanın siyasətinə təsir etmək üçün çalışan şəxsə edilən ödənişlər də daxildir.

Ümumilikdə, 2012 -2014- cü illər arasında pulyuyan maşın vasitəsilə 2.5 milyard avro pul ötürülüb. Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) və tərəfdaşları bu planı ötən sentyabr ayında

aşkarlayıb.

Pulun bir hissəsi bəzi jurnalistlərin və müxalifət fəallarınının həbs olunduğu bir vaxtda prezident İlham Əliyevin avtoritar rejimi haqqında yüksək səslə çıxış edən Avropa siyasətçilərinin bank hesablarına ötürülərək, Azərbaycan hökumətinin siyasi gündəmini dəyişdirmək üçün istifadə olunub.

Görünən budur ki, pulyuyan maşından bəhrələnən digər şəxs (dörddə bir milyon dollar) əslən azərbaycanlı olan, lakin öz ölkəsinin xeyrinə ABŞ-ın siyasətinə təsir etməyə çalışan ABŞ-ın nüfuzlu neft və qaz məsləhətçisi olub.

Ohayo ştatının Dayton şəhərində yaşayan və Azərbaycan diasporunun vokal qrupunun üzvü Adil Bağırovun rəhbərlik etdiyi qeyri-kommersiya təşkilatı, Hyustonda yerləşən Amerika Azərbaycanlıları Şəbəkəsi Azərbaycanın paytaxtı Bakıda 10 nəfər konqres üzvünün də qatıldığı konfransın təşkilinə kömək etdikdən bir neçə ay sonra 253,150 dollar alıb.

Bağırovun aldığı pulların dəqiq mənbəyi məlum deyil, “balıqqulağı şirkət”lərin arxasında gizlədilib. Lakin bunun arxasında avtoritar dövlətin hakim elitasının dayanması haqqında kifayət qədər sübut var.

Bağırovun Azərbaycanın maraqlarına xidmət edən Vaşinqton lobbiçiliyi 2013-cü ildə keçirilən konfransda daha da artır. O, Vaşinqtonda digər Amerika-Azərbaycan konfranslarını təşkil etməyə kömək edib, Amerika Birləşmiş Ştatlarının Azərbaycana hərbi yardım göstərməsi üçün Palata qarşısında dəfələrlə çıxış edib, Konqresin Azərbaycan Komitəsinin koordinatoru olub, ölkə prezidenti İlham Əliyevin Ağ Evə səfərini təşkil etdiyi iddia olunan, mərkəzi Hyustonda yerləşən bir şirkətdə çalışıb.

İlham Əliyev və Adil Bağırov
İlham Əliyev və Adil Bağırov

Bağırov və ailəsi ölkədə elit təbəqəyə mənsubdurlar. Ailə ABŞ-da göstərdiyi səylərə görə Bağırova medal verən prezident Əliyevə yaxınlığı ilə bilinir. O və atası Azərbaycan və Rusiya hökumətləri üçün konsultant kimi çalışır. Bağırov bütün bunları ən azı 2005-ci ilə qədər Amerika, Azərbaycan və belə görünür ki, Rusiya vətəndaşı kimi həyata keçirib.

Onun Xaricilərin Qeydiyyat Aktından (FARA) xarici agent kimi qeydiyyatdan keçib-keçməməsi sual doğurur. Çünki bu agentlik lobbiçilik fəaliyyəti göstərən, xarici ölkələrin maraqlarını təmsil edən insanlardan xarici agent kimi qeydiyyatdan keçməsini tələb edir. Həmçinin, müddəalar güzəştli şəkildə müəyyən edilib, bir sıra istisnalar və boşluqlar var. “Sandler Reiff” firmasının hüquqşünası Coş Rosensteyn qeyd edir ki, bu məsələ qırmızı bayraq qaldırır və Ədliyyə Departamentinin bəlkə də cavab vermək istəyəcəyi suallar doğurur.

OCCRP məruzəçilərinin şərh üçün müraciətinə Bağırov cavab verib ki, aldığı ödənişlər onların işi deyil.

Amerikalının uğur hekayəsi

Adil Bağırovun

veb səhifəsi

onu daha yaxşı həyat yaşamaq məqsədilə çox çalışmaq və arzularını həyata keçirmək üçün16 yaşında Amerikaya gələn miqrant və “Amerikalının uğur hekayəsi” kimi təqdim edir.

O, Cənubi Kaliforniya Universitetinin Beynəlxalq Əlaqələr və Biznesin İdarəsi fakultəsini bitirib. Həmçinin, Moskvada siyasi elmlər namizədi olub. Bu gün o, 140 min əhalisi olan Ohayo ştatının Dayton şəhərində yerli biznes sahibi və təhsil

lideridir.

2016-cı ildə Daytonda “Politico”nun nəşr etdiyi bir məqalədə Bağırov haqqında belə deyilir: “Kifayət qədər yaraşıqlı olması və səlis nitqi onun siyasətdə irəli gedəcəyini təxmin etməyi asanlaşdırır. Respublikaçılar Partiyasının liderləri çalışsalar, bu yeni amerikalını öz tərəflərinə çəkə bilərlər”.

Faktiki olaraq o, Ohayo ştatında bir Respublikaçının senator olma ehtimalını artırıb. Lakin o, 2018-ci il seçkilərində iştirak etməyə qərar versə də, nəticədə seçkidən kənarda qalaraq Dayton jurnalına “biraz vaxt lazım olduğunu”-

deyib.

Jurnalda qeyd olunur ki, işadamı “bütün həyatını həm özü, həm də digərləri üçün təhsil ideyasına həsr edib. Əslində yerli siyasətə ilk addımını beş il əvvəl Daytonun məktəb şurasına seçiləndə atıb. O, 2017-ci ilə qədər bu vəzifədə qalıb. Bağırov vəzifəsinin bitməsinə 1 aydan çox müddət qalmış – yerli fəal

David Esrati

onun öz yaşayış yeri barədə yalan danışdığını aşkarlayandan sonra istefa verib.

Ancaq məlum olur ki, Bağırovun məktəb şurasına uyğun olub-olmaması işadamı ətrafında gedən yeganə müzakirə deyil.

Bağırov bu vəzifəyə seçildikdən bir həftə sonra rəhbərlik etdiyi “Turbillion MMC” adlı konsaltinq şirkəti Azərbaycanın pulyuyan maşının bir hissəsi olan balıqqulağı şirkəti “Hilux Services”-dən 253,150 ABŞ dolları məbləğində pul alıb. Ödənişin səbəbi şifrələnmiş şəkildə müqaviləyə əlavə olunub.

Bağırov özü Ohayo ştatında yaşasa da, “Turbillion” şirkəti vergidən azad və anonimliyi saxlayan gizli şirkətlərin qurulması ilə məşhur olan Vyominq ştatında qeydiyyatdan keçib.

“Turbillion” şirkətinin saytı və ictimaiyyətə məlum olan fəaliyyəti yoxdur. Bu, Bağırovun idarə etdiyi oxşar şirkətlərdən biridir.

Məsələn, o, Azərbaycan neft sənayesinin tarixi ilə bağlı Hollywood filminin istehsal etdiyi iddia olunan, Vyominqdə yerləşən digər bir şirkət, “Nobel Brothers Pictures” (Nobel qardaşları şəkilləri MMC) şirkətinin Dayton poçt ünvanından istifadə

edir.

Dünyaya strateji təsir göstərənlər

Adil Bağırov Vaşinqtonda lobbiçilik edərkən Hyustonda yerləşən “Worldwide Strategic Energy, İnc” (Beynəlxalq Strateji Enerji) şirkətinin beynəlxalq əlaqələr üzrə icraçı vitse-prezidenti idi. Şirkət potensial müştərilərinə Azərbaycanda daxil olmaqla, siyasi baxımdan mürəkkəb ölkələrdə karbohidrogenlərin inkişaf imkanlarından faydalanmaları üçün öz “güclü biznes və siyasi əlaqələrini” təklif edir. Şirkət həmçinin iddia edir ki, bir sıra dövlət neft şirkətləri, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “birbaşa əməkdaşlıq etmək üçün strateji əlaqələri” var.

2007-ci ildən etibarən daxili qeydlər araşdırmaçı jurnalist Lindsay Beyersteynə sızdırılıb. Məlumatda WSE şirkətinin törəmə şirkəti olan “Caspian Alliance”-nin (Xəzər İttifaqı) Azərbaycan hökumətinə strateji məsləhət verdiyi iddia olunur. Daha sonra qeyd edilir ki, “komanda bir çox biznes layihələri üzərində işləməklə artıq bu əlaqələrə kapital qoymağa başlayıb və hazırda xüsusi karbohidrogen lizinqlərinin alınması üzrə danışıqlar aparır”. Qeyddə daha öncə sənəddə şirkətin “Rusiya və köhnə MDB üzrə ən böyük eksperti” kimi təsvir olunan Bağırovun bir fotoşəkili var.

“Worldwide Strategic Energy, İnc” (WSE) şirkətinin prezidenti və baş icraçı direktoru Milli Təhlükəsizlik İdarəsinin məsləhət komitəsindən istefa verməyə məcbur edilən lobbiçi Stefan P. Payne idi. Belə ki, Stefan P.Payne 750 min dollar qarşılığında ABŞ rəsmiləri ilə əlaqə yaratmaq imkanı təklif edərkən “Times” qəzeti gizli şəkildə onun səsini yazıb.

Bağırovun atası Toğrul da “WSE” şirkətinin məsləhət heyətinin üzvüdür və “Rusiyanın hər hansı bir enerji şirkəti ilə əlaqə yaratmaq imkanları” olan şəxs kimi təqdim

olunur.

Böyük Bağırov Rusiya neft və qazı üzrə nüfuzlu şəxsdir. Belə ki, o, ölkənin Baş naziri, enerji naziri, “Qazprom” və “Lukoyl” enerji şirkətlərinin xüsusi məsləhətçisi kimi xidmət göstərib.

Şirkətin Azərbaycanla olan əlaqəsi neft və qazla məhdudlaşmır. Bağırovun beynəlxalq əlaqələr üzrə vitse-prezident vəzifəsində çalışdığı WSE kompaniyasının sələfi “World Strategic Partners” (Dünya Strateji Tərəfdaşları) şirkətinin Əliyevin Ağ evə səfərini təşkil etdiyi, hökumətə seçki azadlığını məhdudlaşdırmaq və öz qanunlarını tətbiq etmək imkanı yaratmaq məqsədilə Azərbaycan müxalifət namizədlərini nüfuzdan salmaq üçün təcavüzkar media kampaniyası həyata keçirdiyi iddia olunur.

Xarici agentlik?

Xaricilərin Qeydiyyat Aktı (FARA) ABŞ Ədliyyə Nazirliyi tərəfindən müəyyən olunan bir nizamnamədir. Burada xarici qüvvələrin maraqlarını təmsil edən agentlərin xarici hökumətlə əlaqələrini açıqlamağı tələb olunur.

Fəaliyyətinə və ailəsinin Azərbaycan hökuməti və hakim ailə ilə sıx əlaqələri olmasına baxmayaraq, Bağırov bu haqda açıqlama verməyib.

O, 2000-ci ildə ölkə parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsində məsləhətçi vəzifəsində çalışıb. 2011-ci ilin iyul ayında prezident İlham Əliyev xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı üçün göstərdiyi səylərə görə Bağırova medal verib.

Xarici idarəçilər tərəfindən tamamilə, ya da böyük ölçüdə, birbaşa və ya dolayı yolla nəzarət edilən, yönləndirilən, maliyyələşdirilən və ya subsidiyalaşdırılan hər hansı bir şəxs FARA-da xarici agent kimi qeydiyyatdan keçməlidir. Bununla belə, “Jenner & Block” firmasının vəkili Qabriyel Gillett deyir ki, nizamnamə olduqca genişdir və şərhə ehtiyac var. Beləliklə, bu, xarici dövlət və ABŞ-da olan şəxs arasındakı əlaqələrin və onların fəaliyyətinin tam olaraq necə olacağını müəyyən edir.

Reportyorlar həmçinin Azərbaycanın maraqlarına uyğun olaraq ABŞ hökumətinə lobbiçilik edən Bağırovun üç vətəndaşlığı olduğunu aşkarlayıb. BMT-nin İqtisadi və Sosial Şurasına məsləhətçi statusu almaq üçün Amerika Azərbaycanlıları Şəbəkəsi tərəfindən göndərilən müraciət formasında görünür ki, Bağırov 2013-cü ildə həm ABŞ, həm də Azərbaycan vətəndaşlığı daşıyıb. Bağırovun da səhmləri olan Rusiyanın neft şirkəti “Petroqaz” şirkətinin qeydlərindən isə məlum olur ki, Bağırov 2000-ci illərin ortalarında Rusiya vətəndaşı olub.

“Onun əlaqələri və bir neçə vətəndaşlıq daşıması FARA-nın qeydiyyat tələblərini pozduğunu deməyə kifayət etmir” – “Sandler Reiff” firmasının hüquqşünası Coş Rosensteyn belə deyir.

“Lakin bu kifayətdir ki, bir araşdırmaçı onun agent olub-olmamasını görmək üçün qarşılıqlı əlaqələr və münasibətlər haqqında ətraflı suallar versin”.

Bağırov lobbiçilik işi ilə bağlı suallara cavab verməyib.


Əlavə hesabat və tədqiqat Kris Benevento, Paul Radu və Leyla Sarcevic.

Ana səhifəAraşdırmaBakının Amerikadakı adamı