Bakıda orta məktəbdə yanğın baş verib

Bakının Əhmədli qəsəbəsində yerləşən 95 saylı orta məktəbdə yanğın baş verib.

Source:


Bakının Əhmədli qəsəbəsində yerləşən 95 saylı orta məktəbdə yanğın baş verib.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib. Qeyd olunub ki, hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev APA-ya bildirib ki, yanğın zamanı xəsarət alan olmayıb.

Ana səhifəXəbərlərBakıda orta məktəbdə yanğın baş verib