“Bakıda elə bir yer var ki, xəstəxana evə bitişik olsun?”

“Bakıda elə bir yer var ki, xəstəxana evə bitişik olsun?”

Əliyevlər ailəsi şikayət edir ki, Nərimanov rayonunda yerləşən “Buta” klinikası onların artıq 20 ildir ki, yaşadığı evə bitişik tikilib. Ailə deyir ki, illərdir həm özlərini təhlükədə sayırlar, həm də evlərini satıb başqa yerə köçə bilmirlər. Bu köhnə tikilidə Əliyevlərdən başqa, daha 2 ailə yaşayır. Sakinlər aidiyyatı qurumlara müraciət etsələr də, məsələyə baxılmır. Nərimanov Rayonu İcra Hakimiyyəti isə şikayətçiləri yenidən klinikaya yönəldir. Nərimanov Rayonu İcra Hakimiyyəti ilə əlaqə saxlasaq da, zənglərimizə cavab verilmədi. Şikayətçi Aybəniz Əliyeva deyir ki, sonuncu dəfə Fövqəladə Hallar Nazirliyinin nümayəndələri klinikaya protokol tərtib ediblər.

“Buta” Klinikasının hüquqşünası Bəhruz Bədəlov Meydan Tv-yə açıqlamasında deyib ki, klinikanın evi almağa maddi imkanı yoxdur. O bildirib ki, klinikanın bütün sənədləri qanunidir.

Ana səhifəVideo“Bakıda elə bir yer var ki, xəstəxana evə bitişik olsun?”