Bakıda dörd məktəbdə əyani dərslər bərpa olunub

Foto: https://edu.gov.az/

Təhsil İdarəsi qısamüddətli karantinin başa çatdığını açıqlayıb

Bakıda fəaliyyət göstərən 73, 207, 258 və 299 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, həmin məktəblərin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş qısamüddətli karantin başa çatıb. Məktəb koronavirusa yoluxma səbəbindən 14 gün karantində idi, distant təhsilə keçmişdi.

Azərbaycanda 2021-ci il sentyabrın 22-dən I-IV, 29-dan isə V-XI siniflər üzrə, eləcə də bütün təhsil müəssisələrində əyani tədrisə başlanılıb.

Həmin müddətdən indiyədək 19 məktəb, 505 sinif distant təhsilə keçib.

Səhiyyə Nazirliyi hər iki valideynin razılığına əsasən, 12-15 yaşı tamam olmuş yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndini vurmağı tövsiyə edir.

Təhsil Nazirliyinin statistikasında bildirilir ki, təhsil işçilərinin 86 faizi COVID-19 əleyhinə vaksinasiyadan keçib.

Hazırda ümumtəhsil məktəblərində tədris prosesi pandemiya qaydalarına uyğun şəkildə davam etdirilir və yaxın həftələrdə distant tədrisə keçid planlaşdırılmır.

Ana səhifəXəbərlərBakıda dörd məktəbdə əyani dərslər bərpa olunub