Bakıda Aşura mərasimi – 2019

Bakıda Aşura mərasimi

Sentyabrın 10-u hicri-qəməri təqvimi ilə Məhərrəm ayının onuncu günü, Aşuradır. Aşura günü ilə əlaqədar Azərbaycandakı məscidlərdə İmam Hüseyn əzadarlığı keçirilir. Mərasimdə dini çıxış, Kərbəla hadisəsinin tarixçəsindən bəhs edilir, daha sonra mərsiyələr, nohələr oxunur, ehsanlar paylanılıb.

“Aşura” mərasimi insanları mehribanlığa aparır. Ölüyə, diriyə, əlilliyi olana hörmət etməyə çağırır”-Təzə Pir məscidinə gələn ziyarətçi danışır.

Aşura günü məscidlərdə, ziyarətgahlarda qanvermə aksiyası da keçirilir. Elmi-tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bu il qan verməyə gələnlərin ötən ilə nisbətdə artdığını deyir.

Ana səhifəVideoBakıda Aşura mərasimi – 2019