Bakıda ağaclıq sahədə yanğın baş verib

Bakıda ağaclıq sahədə yanğın baş verib

Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsində ağaclıq ərazidə yanğın baş verib. Alov yaxınlıqdakı evlərin damlarına da sirayət edib. Sakinlər yanğının hansı səbəbdən başladığını bilmir. Fövqəladə Hallar Nazirliyindən əraziyə yanğınsöndürənlərin cəlb edildiyi deyilib. Qurum bildirib ki, hadisə ilə bağlı ətraflı məlumat veriləcək.

Avqustun 11-də həmçinin Qəbələ və Şəki şəhərlərində də yanğın baş verib.

Ana səhifəVideoBakıda ağaclıq sahədə yanğın baş verib