Bakı-Sumqayıt yolunda dəhşətli tıxac

Təkcə Bakıdan Sumqayıta yox, paytaxta girişdə də uzun tıxac yaranıb

Source:


Təkcə Bakıdan Sumqayıt


a yox, paytaxta girişdə də uzun tıxac yaranıb

Adətən qış aylarında tıxac problemi yaşayan Bakı-Sumqayıt yolu son bir həftədə görünməmiş tıxaca məhkum edilib. Ali məktəblərin bağlı və insanların paytaxtdan kənarda istirahətdə olduğu indiki dövrdə tıxacların yaşanması anlaşılan deyil. İlkin səbəb kimi Beynəlxalq Avtovağzaldan bir qədər aralıda körpü tikintisidir. Ona görə Avtovağzaldan Sumqayıta gedən avtobuslar yenidən “Şamaxinka”ya qayıdaraq Sumqayıta yön almalı olur.

Avqustun 26-da təkcə Bakıdan Sumqayıta yox, paytaxta girişdə də uzun tıxac yaranıb, hər iki yolda tıxac Ekologiya Polisi postuna qədər davam edir.

Hazırda hadisə yerində olan Meydan TV-in əməkdaşının bildirdiyinə görə, yaranmış tıxacın nəticəsində 20 Yanvardan Beynəlxalq Avtovağzala 1 saat 40 dəqiqəyə çatmaq mümkün olub, halbuki, normal vaxtlarda bu məsafəni maksimum 5-7 dəqiqəyə getmək mümkündür.

Ana səhifəXəbərlərBakı-Sumqayıt yolunda dəhşətli tıxac